Xəbər lenti
Polis Xudayarı təhqir edən şəxsi döyənləri tapdı: GÖRÜN KİMLƏRDİ...
Sosial şəbəkədə Şəhid Xudayar Yusifzadə haqqında ironiyalı status yazan Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
E.Zahidov qeyd edib ki, həmin şəxsin döyüldüyünü əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb:
“Fakta görə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin dayısı, qardaşı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb”.
DİN rəsmisinin sözlərinə görə, hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tvitter-də “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Sonradan sosial şəbəkə fəalı Fuad Rəsulzadə həmin sözləri özünün yazdığını açıqlayıb.
Şəhid Xudayar Yusifzadənin ələ salınmasına etiraz edən bir qrup gənc aprelin 28-də Fuad Rəsulzadəni döyüblər. Daha sonra sosial şəbəkələrdə F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb.
Şəhidin anası Fuad Rəsulzadəni şəxsən döydürdüyünü bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar