Xəbər lenti
Azərbaycanda sürücüdən dəhşət əməl - avtobusunun nömrəsini dəyişib satdı

Bir müddət əvvəl Xəzər Dəniz Donanmasının Nəqliyyat şöbəsinin tabeliyində fəaliyyət göstərən MMC-də avtobus sürücüsü işləyən 1985 Elşad Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış cinayət işinin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Manevr.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, MMC-də sürücü kimi çalışan və ona dəyəri 55 min manat olan "Mercedes 3900" markalı avtobus təhkim edilən E.Hüseynov nəqliyyat vasitəsinin şassi, mühərrik və digər nömrələrini dəyişərək satıb. O, yarımavtomatik sürət qutusu ilə çalışan avtobusun əvəzinə həmin dövlət qeydiyyat nişanını bağladığı və mexaniki sürətlər qutusuna malik olan (Mercedes 403 markalı) digər köhnə avtobusu işlədiyi qaraja gətirib. Lakin qarajda çalışan səlahiyyətli şəxslər rəngləri və ölçüləri demək olar ki, eyni olsa da, avtobusda fərqlilik olduğunu hiss ediblər və araşdırmaya başlayıblar. Məlum olub ki, avtobusun şassi və mühərrik nömrələri kustar üsulla dəyişdirilib, həmçinin digər fərqliliklər var.
Bundan sonra E.Hüseynov barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar