Xəbər lenti
Yoluxma azalır, açıq havada maska məcburiyyəti ləğv edilir?
Son günlər yoluxma sayının xeyli azalması, həmçinin bir sıra xarici ölkələrdə yumşalmaların olması açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi məsələsini gündəmə gətirib.
Hətta aprelin 2-də deputat, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov bununla bağlı Operativ Qərargahda hazırlıqlar getdiyini söyləmişdi.
“Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq.
Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq", - deputat bildirib.
Həmin dövrdən bu yana yoluxma sayında 1000-ə qədər fərq var.
Belə ki, əgər 2-18 aprel tarixlərində yoluxma sayı 2100-2800 aralığında dəyişirdisə, bu gün yoluxma sayları xeyli aşağı düşüb. Azərbaycanda son 5 gündə yoluxma sayı 1809-1307 aralığında dəyişib.
Mövzu ilə bağlı ölkə.az-a danışan Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, maskaların məcburi taxılıb-taxılmaması məsələsi ilə bağlı rəsmi məlumat yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar