Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sən demə, Mirələmovun gözləri yaxşı görmürmüş, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş"... - Növbəti açıqlama

Tarix: 27-04-2021 19:41     Baxış: 4225 A- / A+
"Sən demə, Mirələmovun gözləri yaxşı görmürmüş, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş"... - Növbəti açıqlama

Sabiq deputat Hüseynbala Mirələmov məlum “video qalmaqalı” ilə bağlı yeni açıqlama verib.

O, bildirib ki, əslində heç də hamının başa düşdüyü kimi qeyri-əxlaqi hərəkət etməyib, əli ilə xanım köməkçisinə bilməyərəkdən toxunub.

Bu haqda Hüseynbala Mirələmovla danışan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili sosial şəbəkədə yazdığı qeydində bildirib:

“İndicə Hüseynbala Mirələmovla danışdım, bir daha o qalmaqallı hadisəyə dair mövqeyini soruşdum... Bu "Facebook" istifadəçiləri onu əməlli-başlı çaşdırıblar.

Hüseynbala müəllim mənə bir resept kağızı göndərdi: sən demə bir müddət imiş ki, gözündən müalicə alırmış, yəni uzağı görmə pisləşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış... Bunu da mərdimazarlar videoqeydə alıb, sosial şəbəkələrdə pis mənada yayımlayıblar... Məsələ belədir!”.

H.Mirələmov daha əvvəl verdiyi açıqlamada videonun şantaj xarakterli olduğunu qeyd etmişdi.

"...O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır... Məni şantaj etdilər. Bu, universitetdə konfrans zamanı olub. Videonu yayan adamlar tapılmalıdır!"

Xatırladaq ki, H.Mirələmov məlum video yayılandan sonra Neft və Sənaye Universitetindəki kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib. Eyni zamanda, YAP sıralarından da xaric olunub./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar