Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dördüncü dalğa gəlir: karantin sərtləşməlidir – Professor

Tarix: 27-04-2021 19:15     Baxış: 3153 A- / A+
Dördüncü dalğa gəlir: karantin sərtləşməlidir – Professor

Azərbaycanda əhalinin 14 faizinin vaksin olunması yumşaldılmaların tətbiqi üçün kifayət deyil. Qapanmalar yəqin ki, davam edəcək. İndi ikili mutasiyaya məruz qalan Hindistan ştammı yayılıb, bu ştamm kifayət qədər yoluxucudur və xeyli insan da yoluxub. Hindistanda gündə 3000-ə yaxın ölüm halı qeydə alınır və bu da təhlükəli vəziyyətdir. Bununla bağlı karantin qaydaları nəinki yumşaldılmalı, əksinə, sərləşdirilməlidir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, koronavirusa yoluxanların sayındakı azalma bizi qətiyyən sakitləşdirməməlidir:

“İkiqat mutasiyaya məruz qalan B.1.617 və B.1.618 ştammları yayılıb və bunlar həddən artıq təhlükəlidir. Bu, dördüncü dalğanın başlamasını istisna etmir. Hindistandaki gündəlik ölüm sayının bu həddə çatması bizi çox narahat edir. Bu onu göstərir ki, pandemiyanın yaxın zamanlarda bitmək ehtimalı yoxdur. Karantin qaydalarına ciddi riayət etməyə davam etməliyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar