Xəbər lenti
Bahar Muradova seksual qısnamaya məruz qalan qadını niyə müdafiə etmədi?
Azərbaycanda məişət zorakılığı yüksələn xətt üzrə inkişaf edir. Qadınların həyat yoldaşları tərəfindən təzyiqlərə məruz qalması getdikcə adi hala çevrilir. Bunu azyaşlıların valideynləri tərfindən döyülməsi müşayiət edir. Analoji insidentlər çox vaxt kriminal sonluqla nəticələnir. Həyat yoldaşları tərəfindən öldürülən, yaxud davamlı təzyiqlərə tab gətirməyərək, özünə qəsd edən qadınların sayı sürətlə artır.
Manevr.az xəbər verir ki, ölkəmizdə qadınlar təkcə evdə deyil, həm də iş yerlərində zorakılığa məruz qalırlar. İşləyən qadınların seksual qısqanmaya məruz qalması indi nadir rastlanan hadisə sayılmır. Sadəcə olaraq, zərif cinsin bəzi nümayəndələri iş yerlərini itirməkdən, yaxud evdə fərqli münasibətlə üzləşməkdən ehtiyatlandıqları üçün bu problemi ictimailəşdirməyə bir o qədər də həvəs göstərmilər. Bunu tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu da təsdiqləyib. Novella xanım yerli mətbuata verdiyi açıqlamada qadınların seksual qısqanmaya məruz qalmasına dair faktların çox olduğunu, amma obyektiv və subyektiv səbəblərdən bunların ictimailəşdirilmədiyini vurğulayıb.
Sabiq YAP-çı Hüseynbala Mirələmovun tabeliyində çalışan xanıma qarşı əxlaqsız hərəkət etməsi cəmiyyətin və mətbuatın diqqətini yenidən bu problemə yönəltdi. Keçmiş deputatın biabırçı hərəkətini sübut edən görüntülərin sosial şəbəkələrə, ardınca da KİV-ə yol tapması ciddi müzakirələrə səbəb oldu. YAP stajlı funksionerini partiyadan xaric etməklə “canını qurtarmağa” çalışsa da, müvafiq dövlət qurumlarının bu iyrənc hadisəyə səssiz qalması birmənalı qarşılanmadı. Ən çox maraq doğuran suallardan biri bu oldu: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Kimitəsi (AQUPDK) və bu qurumun “çiçəyi burnunda” rəhbəri Bahar Muradova seksual qısqanmaya məruz qalan qadını niyə müdafiə etmədi?
Aldığımız məlumata görə, sözügedən dövlət qurumunun və onun rəhbərinin bu məsələyə laqeyd qalması səbəbsiz deyil. Adıçəkilən Komitənin əməkdaşlarından biri bizimlə söhbət zamanı Bahar Muradovanın öz həmcinsinin müdafiəsinə qalxmamasını partiya maraqlarını önə çəkməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, uzun illər YAP-da rəhbər vəzifə tutan xanım Muradova üzvü olduğu partiyaya “ziyan vurmamaq” üçün Hüseynbala Mirələmovun əməlini pisləməkdən imtina edib.
Mənbənin sözlərinə görə, Bahar xanım keçmiş deputat yoldaşına zərbə vurmaq niyyətində olmaq istəmədiyini açıq şəkildə dilə gətirib. Sədr hətta bu məsələnin üstündən sükutla keçmələri üçün tabeliyində olan şəxslərə göstəriş də verib. O, Komitə əməkdaşlarına bu mövzuda sosial şəbəkə hesablarında müzakirə aparmağı da qadağan edib. Bir sözlə, Bahar Muradovanın təkcə siyasətçi deyil, həm də məşhur iş adamı kimi tanınan Hüseynbala Mirələmovla dostluq münasibətlərinin olması bu idbar hadisənin AQUPDK-nın arxivinə atılması ilə nəticələnib.
Müşahidəçilər ölkədə qadınlara qarşı təzyiqlərin artdığı, zərif cinsin nümayəndələri və uşaqlar arasında intihar hallarının çoxaldığı bir vaxtda AQUPDK-nin və onun rəhbərinin fəaliyyətsiz qalmasını Bahar Muradova üçün heç də yaxşı perspektiv vəd etmədiyi qənaətindədirlər./yenisabah
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar