Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Həbs olunan icra başçılarının əvvəlki işləri: Dollar satan, kassir, tamada, ofisiant...

Tarix: 26-04-2021 19:32     Baxış: 4240 A- / A+
Həbs olunan icra başçılarının əvvəlki işləri: Dollar satan, kassir, tamada, ofisiant...

Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən həbs edilən sabiq icra başçılarının əvvəllər hansı peşə ilə məşğul olduqları araşdırılıb.

Manevr.az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov bu vəzifəyə təyin olunana qədər tamada kimi fəaliyyət göstərib.

Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur "Sahil" restoranında ofisiant işləyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev "Qara bazarda" dollar alış-verişi ilə məşğul olub.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib.

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib.

Həbs olunan Yevlax rayon icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar