Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Təcili tibbi yardım həkimlərinin maaşları necə hesablanacaq? - AÇIQLAMA

Tarix: 23-04-2021 18:46     Baxış: 3169 A- / A+
Təcili tibbi yardım həkimlərinin maaşları necə hesablanacaq? - AÇIQLAMA

Təcili tibbi yardım işçilərinin maaşları qaydalara müvafiq olaraq hesablanacaq. Onların əməkhaqları iki hissədən ibarətdir: vəzifə maaşı və sabit icbari tibbi sığorta əlavəsi.

Manevr.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O bildirib ki, bir qayda olaraq bu vəzifə maaşına bərabər məbləğ təşkil edir:

“Bütün digər əlavələr də bu iki komponentin cəmindən hesablanır. Yəni, gecə növbəsində görülən işə, eləcə də fasiləsiz əmək stajına görə olan əlavələr vəzifə maaşı ilə sabit həvəsləndirici əlavələrin cəmindən hesablanır”.

Y.Mahmudzadə fizioterapiya prosedurunu həyata keçirən həkimlərə mövcud qaydalara əsasən tətbiq edilən xidmətin 20 faizi məbləğində bonus hesablanacağını da qeyd edib:

Onun sözlərinə görə, burada məhdudiyyət, limit yoxdur:

“Ay ərzində bu proseduru pasiyentlərə nə qədər tətbiq edəcəklərsə, fizioterapiya həkimləri həmin xidmətin sayından asılı olaraq dəyərinin 20 faizi məbləğində əlavələr alacaqlar”./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar