Xəbər lenti
"Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ Kampaniyası”nın təqdimat mərasimi keçirilib -ŞƏKİLLƏR
Heydər Əliyev Fondunun dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə aprelin 22-də “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ Kampaniyası”nın təqdimat mərasimi keçirilib.
Manevr.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən tədbirdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Soltan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səhiyyə nazirinin müayini Rəhim Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli və digər rəsmi qonaqların çıxışları dinlənilib.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə həyata keçirilən layihələr və digər təşəbbüslər heç şübhəsiz hökumətin insan kapitalının inkişafı prioritetlərinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasına öz töhfəsini verəcəkdir.
Tədbirin davamında 2019-cu ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə icra etdiyi “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsinin məqsədləri, layihə çərçivəsində yaradılmış www.eudi.az portalı, Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Mərkəzinin fəaliyyəti, o cümlədən gələcəkdə nəzərdə tutulan digər fəaliyyətlər barədə ətraflı məluatlar verilib, müzakirələr aparılıb.
Qeyd edilib ki, layihənin əsas məqsədləri 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri və digər maraqlı tərəfləri maarifləndirmək, bu sahədə çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin potensialını artırmaqdır. Layihənin icrası müddətində həmçinin 4 hədəf regionda – Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında aidiyyəti qurumlar da cəlb olunmaqla müxtəlif dəyirmi masaların, konfransların təşkili, icma platformasının yaradılması, geniş maarifləndirmə işlərinin aparılması planlaşdırılır.
Layihə çərçivəsində əməkdaşlıq ediləcək digər qurumların və diplomatik korpusların nümayəndələri “Zoom” platforması vasitəsilə tədbirə qoşulublar. Təqdimat mərasiminin eyni zamanda sosial media səhifələrində canlı yayımı təşkil olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar