Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Toyları belə keçirək: açıq hava, az qonaq... - Ekspert

Tarix: 23-04-2021 11:10     Baxış: 2156 A- / A+
Toyları belə keçirək: açıq hava, az qonaq... - Ekspert


Bir ildən çoxdur toy məclislərinə icazə verilməməsi sadəcə toy biznesinə deyil, toylara bağlı digər sahələrdə işləyən insanlara da təsir edir. Foto-video çəkiliş, ərzaq məhsullarının restoranlara tədarükü, bəy-gəlinə aid maşın və yaxud geyimlərin icarəsi və s. sahələrdə çalışan insanların əksəriyyəti hazırda işsizdir.

Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ölkədə toy mərasimlərinin keçirilməsinə icazə verilməməsi barədə danışarkən deyib.

Natiq Cəfərli bildirib ki, toyların 50, hətta 100 nəfərlə keçirilməsi onların rentabelliyinə təsir göstərəcək:

“Toylar az sayda iştirakçı ilə keçirilsə, şadlıq sarayları bir nəfər üçün nəzərdə tutulan xərcləri artırmaq məcburiyyətində qalacaq və bu da vətəndaşlara sərfəli olmayacaq. Ona görə də toyların ilkin mərhələdə açıq havada müxtəlif təhlükəsizlik tədbirlərinin görülməsi, say məhdudiyyəti tətbiq edilməklə keçirilməsinə icazə verilməlidir. Bakı şəhərinin özündə açıq havada toy keçirməyə şəraiti olan yüzlərlə restoran var. Artıq yaz aylarıdır, yay mövsümündə havalar tamamilə istiləşəcək və bu cür toy mərasimlərinin keçirilməsi mümkün olacaq. Açıq havada toyların keçirilməsinə icazə verilərsə, həm toy biznesinə bağlı sahələr inkişaf edər, həm də əhalinin gözləntiləri qarşılanar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar