Xəbər lenti
Azərbaycanla Türkiyə arasında yeni müqavilə: Maliyyə xidmətinin qiymətində dəyişiklik edildi
“Azərpoçt” MMC və Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı arasında imzalanan “Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsi əsasında hə iki qurum daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır.
Manevr.az bildirir ki, bu barədə oxu.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müqavilə çərçivəsində “Azərpoçt” MMC və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “UPT” pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu. UPT Türkiyənin beynəlxalq pul köçürmələri və ödəniş platformasıdır.
Azərbaycan və Türkiyə arasında sürətli pul köçürmələri hər il dinamik şəkildə artır. Aprel ayından etibarən vətəndaşlar hesab açmadan “Azərpoçt”un 1500-ə, PTT-nin isə 5000-ə yaxın poçt məntəqəsində daha aşağı tariflərlə etibarlı pul köçürmə əməliyyatını həyata keçirə bilirlər.
“Azərpoçt” və “PTT” poçt-maliyyə sahəsində uzun illərdir uğurlu əməkdaşlıq edir. İcrasına başlanılan yeni layihə bu əməkdaşlığın daha da inkişaf etməsinə geniş zəmin yaradır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar