Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tələbələr ali məktəbdən hansı hallarda xaric ediləcəklər?

Tarix: 19-04-2021 22:48     Baxış: 3155 A- / A+
Tələbələr ali məktəbdən hansı hallarda xaric ediləcəklər?

Tələbələrin ali təhsil müəssisələrindən hansı hallarda xaric edilməsi müəyyənləşib.

Manevr.az-ın məlumatına görə, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd olunur ki, tələbələr öz arzuları ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti təhsil ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 (altı) ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda, çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla müddətli hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.

Tələbələr sırasından xaric edilmiş təhsilalana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun müvafiq arayış və təhsil haqqında sənədin əsli verilir.

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi 10 fəsil və 77 maddədən ibarətdir.

Qanun layihəsində təhsil müəssisələrinin ictimai qurumları qismində Rektorlar Şurası və ali təhsil müəssisələri tələbələrinin ictimai birliyinin yaradılması əksini tapıb.

Qanun layihəsində "Ali təhsilin iqtisadiyyatı" fəslində təhsil kreditlərinə dair ayrıca maddə (65-ci maddə) də yer alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar