Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Türk serialında Azərbaycan ərazisi niyə Ermənistan adı altında verildi? - İstehsalçılardan AÇIQLAMA

Tarix: 19-04-2021 21:21     Baxış: 3180 A- / A+
Türk serialında Azərbaycan ərazisi niyə Ermənistan adı altında verildi? - İstehsalçılardan AÇIQLAMA

Türkiyədə yayımlanan “Akıncı” serialının 16-ci bölümündə Azərbaycan ərazisinin Ermənistan adı altında verilməsinə istehsalçı şirkət tərəfindən aydınlıq gətirilib.

Manevr.az xəbər verir ki, “NTC Media” tərəfindən sözügedən məsələ ilə bağlı verilən açıqlamada o səhnəyə serialda təsvir edilən qondarma təşkilatın həyata keçirmək istədiyi əməl kimi yer verildiyi qeyd edilib:

“Akıncı” serialının 16-cı bölümündə, dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən “Haritacılar” adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə göstərilmişdir. Tamamilə qondarma bir təşkilat olan “Haritacılar” tərəfindən əsas alınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir.

Hörmətlə ictimaiyyətə elan olunur”./yeniçağ.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar