Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir

Tarix: 19-04-2021 18:19     Baxış: 3158 A- / A+
Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir


Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.


Manevr.az
-ın məlumatına görə, bu barədə “qafqazinfo”ya müraciət edən Q.Siracov bildirib ki, 2001-ci il təvəllüdlü oğlunun ötən ilin oktyabrında xidməti başa çatsa da, müharibəyə görə tərxis edilməyib:

“Fəthulla hərbi xidmətini Murovdağda edib. Sentyabrın 27-də döyüşlər başladığından müharibəyə qatılıb. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Müharibə bitdikdən sonra ay yarım Çaykənddə olublar. Bu ilin yanvarın 11-də Kəlbəcərdə Pora dağı istiqamətində xidmətə göndərilib. Yanvarın 28-də vəfat edib. Bizə gələn birinci bildirişdə vəfat səbəbi olaraq ağciyər-ürək çatışmazlığı diaqnozu qeyd edilib. Daha sonra ölüm şəhadətnaməsində dəqiqləşdirilməmiş bakterial pnevmaniya diaqnozu yazılıb.

Biz Şabran rayonu Gəndov kəndində yaşayırıq. Oğlumu təmtəraqla, orkestrlə, iki bayraqla gətirib dəfn etdilər. Dəfndə şəhid deyib yad elədilər. Ancaq bayrağı mənə verərkən dedilər ki, bayrağı əsgərin atasına təqdim edirik. Mən də o gün özümdə deyildim. Sonradan videogörüntülərə baxanda bunun şahidi olduq. Şəhidin atasına veririk demədilər. Onun ölüm bildirişində yazılıb ki, yanvarın 28-də Kəlbəcər rayonu Pora dağında döyüş mövqeyində düşmənlə bilavasitə təmas xətti vəziyyətində döyüş tapşırığını yerinə yetirərkən və xidməti vəzifəsini icra edərkən vəfat edib. Şəhidlik üçün həlak oldu yazılmalıymış. Buna görə də ona şəhid statusu ala bilmirəm.

1 il 9 ay övladım xidmətdə olub. Ona qoyulmuş diaqnoza inanmıram. Xidmətdə olduğu müddətdə bir dəfə də olsun hospitala düşməyib. Əsgər olmamışdan qabaq da xəstələnməyib. Əsgərliyə gedəndə də komissiyadan keçib. Xəstə olsaydı, əsgərliyə aparmazdılar. 3 bacının bir qardaşı idi. Evin kiçik uşağı idi. Biz gözləyirdik ki, oğlum hərbi xidmətdən qayıdıb bacardığı bir işlə məşğul olub ailəsinə baxacaq. Mənim 61 yaşım var. İşləyə bilmirəm. İndi də hər yerə müraciət edirəm ki, oğlumun haqqını bərpa edək”.

Q.Siracov eyni zamanda əlavə edib ki, bu gün mövcud problemlə bağlı Şabran rayonu icra hakimiyyəti başçısının qəbulunda da olub: “İcra başçısı bildirdi ki, oğluma şəhid statusu verilməsiylə bağlı aidiyyatı orqanlarla danışıqlar aparacaq. Başçı məsələnin müsbət istiqamətdə həll ediləcəyini vurğuladı”.

Qeyd edək ki, “qafqazinfo” Q.Siracovun müraciətiylə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar