Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Siqaret və alkoqol peyvəndə necə təsir edir?

Tarix: 19-04-2021 10:07     Baxış: 4153 A- / A+
Siqaret və alkoqol peyvəndə necə təsir edir?


Siqaret və alkoqol peyvəndin effektivliyini azaldır.


Siqaret və alkoqol istifadəsi immunitet sisteminə mənfi təsir etdiyi kimi qrip və yeni növ koronavirus (Covid-19) peyvəndlərinin təsirini də azalda bilər. Türkiyədən olan tanınmış həkim, professor Cevdet Erdöl mediaya açıqlamasında tütün məmulatları və alkoqolun sağlamlığa və peyvəndlərəə mənfi təsiri barədə danışıb.

Siqaretin vaksinə təsirini qiymətləndirən C. Erdöl 40 il əvvəl, günümüzdəki üsullardan daha sadə metodlardan istifadə olunaraq aparılan tədqiqatlarda siqaret istifadə edənlərdə peyvəndləmədən sonra immunitetin siqaret çəkməyənlərlə müqayəsədə zəif olduğu müşahidə edilib. Onun sözlərinə görə, siqaretin immun cavab reaksiyalarını zəiflətdiyinə dair güclü dəlillər var.

Bu mövzuda Avstraliyada aparılan bir araşdırma haqqında məlumat verən mütəxəssis qeyd edib ki, müqayisəli qrupları əhatə edən elmi araşdırmada siqaret çəkməyin qrip peyvəndi reaksiyasına təsiri araşdırılıb. Araşdırmada antikorlardakı dəyişikliyə görə, siqaret çəkənlərin çəkməyənlərə nisbətən epidemik qripə daha yüksək yoluxma ehtimalının olduğu məlum olub.

Bu və bənzər başqa araşdırmalarda siqaret tüstüsünə məruz qalmanın immunitet reksiyalarını zəiflətdiyi təsbit olunub. Məlum olub ki, tütün tüstüsü hüceyrələrin bölünməsini azaldır və hüceyrə ölümünü artırır.

Professor alkoqol istifadəsinin vaksinlərə təsiri ilə bağlı araşdırmaların aparıldığını da qeyd edib. Alkoqoldan istifadə etməyin də peyvəndlərin hədəf aldığı immunitet stimullaşdırmasını pisləşdirdiyi elmi olaraq sübut edilib. Xaricdəki bir araşdırmada vərəm peyvəndindən əvvəl alkoqol qəbul edən insanlarda spirtli içkinin immunitet reaksiyasının inkişafının qarşısını aıldığı məlum olub.

Professor vurğulayıb ki, bu çatışmazlıqlar immunitet sisteminin təməl funksiyalarında olduğundan, eyni nəticələr Covid-19 peyvəndi prosesi üçün də keçərlidir.

Bundan başqa, mütəxəssis qeyd edib ki, alkoqol qaraciyər yağlanmasına səbəb olur və qaraciyər funksiyalarını pozur və hər iki vəziyyət də Covid-in gedişatına mənfi təsir edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar