Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hüquqşünas: “Polislər kafedə karantini pozanları narahat etməməlidir” (VİDEO)

Tarix: 18-04-2021 14:49     Baxış: 4161 A- / A+
Hüquqşünas: “Polislər kafedə karantini pozanları narahat etməməlidir” (VİDEO)


Daxili İşlər Nazirliyinin əməkdaşları vətəndaşları kafe-restoranda yemək yediyi zaman yaxınlaşıb, narahat etməməlidir.

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib. O bildirib ki, karantin qaydalarını ilk dəfə pozan şəxslərin dərhal cərimələnməsi doğru yanaşma deyil:

"Karantin davranış qaydalarına əməl edilməsini inzibati tədbirlərlə həll etmək mümkün deyil. Geniş miqyaslı ictimai məlumatlandırma aparılmalıdır. Düzdür, kanantin qaydalarının qorunması ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşlarına səlahiyyət verilib. Onlar kafelərə daxil ola, vəziyyəti yoxlaya bilərlər. Lakin müştəri yemək yeyirsə, ona hər hansı formada yaxınlaşıb, narahat etməməlidirlər. Əgər müştəri məkana maskasız daxil olarsa, obyekt sahibi tərəfindən bunun qarşısı alınması istiqamətində zəruri tədbirlər görülməlidir. Əks halda onlar cərimələnə bilərlər. Qeyd edim ki, qayda pozulub deyə dərhal cərimə tətbiq edilməsi doğru yanaşma deyil. Bu, müəyyən sosial gərginliklərə və konfliktlərə gətirib çıxara bilər. Vətəndaşlar ilkin olaraq qaydalara əməl edilməsinə dəvət olunmalıdırlar. Əgər bu, təkrar-təkrar davam edərsə və buna etinatsız yanaşma olarsa, bu zaman sanksiyalar işə düşməlidir. Nəzərə almaq lazım ki, 1 ildir davam edən pandemiya səbəbindən insanlar gərgin vəziyyətdədir və onları anlayışla qarşılamaq lazımdır”


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar