Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Belarus prezidentinə qarşı sui-qəsd hazırlandı

Tarix: 18-04-2021 07:40     Baxış: 3122 A- / A+
Belarus prezidentinə qarşı sui-qəsd hazırlandı

Rusiya paytaxtında ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

Bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun fiziki yolla hakimiyyətdən kənarlaşdırılmasını planlaşdırırmışlar.

“Rusiya FTX Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı yerli və ukraynalı millətçilərin cəlb edilməsi yolu ilə Belarusda “rəngli inqilab” ssenarisinin işlənilməsi əsasında hərbi çevriliş təşkil etməyi və prezident Aleksandr Lukaşenkonun fiziki olaraq hakimiyyətdən kənarlaşdırılmasını planlaşdıran ABŞ və Belarus vətəndaşlığı olan Yuri Leonidoviç Zenkoviç və Belarus vətəndaşı Feduta Aleksandr İosifoviçin qanunsuz fəaliyyətləri ifşa olunub”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

Zenkoviç Moskvaya gəldikdən sonra ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra görüş paytaxt restoranlarından birinin kabinəsində baş tutub, görüş zamanı sui-qəsdçilər “Belarus generalları”na bildiriblər ki, planlarının uğurla həyata keçirilməsi üçün respublikanın bütün yüksək rəhbərliyini fiziki cəhətdən kənarlaşdırmaq lazımdır.

Onlar xüsusi olaraq xalqa müraciətlərini yayımlamaq üçün radio və televiziya mərkəzlərinin ələ keçirilməsinin və paytaxtda hazırkı hökumətə sadiq olan daxili qoşunlar və çevik polis qüvvələrinin bloklanmasının nəzərdə tutulduğu hərbi çevriliş planını ətraflı müzakirə ediblər.

Belarus prezidentinin hakimiyyətdən kənarlaşdırılması ilə konstitusiya quruluşunun dəyişdirilməsi və ölkənin idarə edilməsini “Milli Sülh Komitəsi”nə həvalə olunması yekun hədəf olaraq qarşıya qoyulmuşdu.

Zenkoviç və Feduta ilə bağlı Belarus istintaq orqanları Cinayət Məcəlləsinin 357-ci maddəsi (sui-qəsd və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə törədilən digər hərəkətlər) ilə cinayət işi başlanılıb. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar