Xəbər lenti
Ölməyən yeganə CANLI -dənizlərin sakinidir
"Turritopsis Nutricula" adlı meduza müəyyən istisnalar xaricində sonsuza qədər yaşaya bilər. Heç yaşlanmayan bu canlı 4-5 mm ölçüdə olmaqla dənizlərdə yaşayır və onun inkişafı digər meduzalarda olduğu kimi iki əsas mərhələdən ibarətdir:
"Turritopsis Nutricula" həyatının ilkin polip mərhələsini bitkiyə bənzər şəkildə suyun dibində bir yerə "kök salaraq" hərəkətsiz halda keçirir. Daha sonra inkişaf edərək həyatının ikinci mərhələsinə daxil olur. İkinci mərhələdə bu canlı artıq bitkiyə yox, meduzaya bənzəyir. Meduza mərhələsində istədiyi kimi hərəkət edə bilir və cütləşərək çoxalır.
Manevr.az seanews.az-a istinadən bildirir ki, digər meduzalar adətən ikinci mərhələdən sonra yaşlanaraq ölürlər. Lakin "Turritopsis Nutricula" ölmür. Çünki bu qeyri-adi su canlısının özünü yeniləmə, yaxud əvvəlki halına dönmə qabiliyyəti var. Beləliklə, "Turritopsis Nutricula" yetkinlik (meduza) mərhələsinə çatdıqdan sonra yaşlanaraq ölmək əvəzinə ilkin polip mərhələsinə geri dönür və bir müddət sonra əlverişli vəziyyət yaranan kimi yenidən meduza mərhələsinə girir, daha sonra təzədən polip mərhələsinə qayıdır və s. Bu proses beləcə davam edir və canlının yaşlanaraq ölməsinin qarşısı alınır.
Lakin kənar müdaxilələr olarsa, bu canlı özünü ölümə qarşı qoruya bilmir. Məsələn, başqa canlı növləri tərəfindən əzilərək, yaxud ovlanaraq asanlıqla öldürülə bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar