Xəbər lenti 
					
 
		"Android" işlədənlərin NƏZƏRİNƏ: "WhatsApp" məlumatları oğurlayır - VİDEO

"WhatsApp" messencerinin "Android" əməliyyat sistemindəki smartfonlar üçün olan versiyasında iki təhlükəli boşluq aşkar edilib.
Manevr.az xəbər verir ki, bu barədə "Census Labs İT" şirkəti məlumat yayıb.
Məlumata görə, aşkar edilən boşluqlardan istifadə edərək telefonu uzaqdan (remote) ələ keçirərək məlumat oğurlamaq mümkündür. Problemlər, mesajlaşmanın xarici yaddaş cihazları ilə məxfi məlumat mübadiləsi üsulu ilə əlaqədardır.
Mütəxəssislərin fikrincə, hakerlər ucdan-uca (peer-to-peer) şifrələmə açarları əldə etmək üçün lazım olan əmrləri uzaqdan icra etmək üçün qeyd olunan boşluqdan istifadə edə bilərlər.
Digər bir boşluq isə təcavüzkarlara xüsusi hazırlanmış HTML sənədini "WhatsApp" vasitəsilə qurbana göndərməyə imkan verir. Açıldıqda, cihazdakı hər hansı bir mənbəyə giriş imkanı verən zərərli bir proqram aktivləşdirilir.
Mütəxəssislərin real hücumlar barədə məlumatları yoxdur. "WhatsApp" istifadəçilərinə artıq qorunan 2.21.4.18 versiyasını yeniləmələri endirməyi tövsiyə
edib.(report)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















