Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

61 min erməni, 120 min azərbaycanlı: Rusiya miqrantları ölkədən çıxarır - ŞƏRH

Tarix: 17-04-2021 14:46     Baxış: 3139 A- / A+
61 min erməni, 120 min azərbaycanlı: Rusiya miqrantları ölkədən çıxarır - ŞƏRH


"Bu, yalnız Rusiya hökumətinin cəmiyyətdən gələn tələbə riyaət etmək cəhdidir".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın miqrantları ölkədən çıxarmaqla bağlı qərarını şərh edərkən deyib. Politoloq hesab edir ki, rus cəmiyyəti miqrantların gəlişindən narazıdır:

"Digər tərəfdən qanun var, hansısa bir sovet məkanından insan gəlib bütün qanuni tələbləri icra edərək Rusiyada işləmək və yaşamaq hüququ qazanır. Onun orada yaşaması qanunidir. Əlbəttə, bu, ola bilər ki, kiminsə xoşuna gəlməsin. Heç kəs buna nəsə deyə bilməz. Amma xeyli sayda insanın qanunsuz işləməsi əhalini qəzəbləndirir və hökumətə qarşı tənqid güclənir.
Belə halda ictimai dayaqları zəifləyən, bəzi hallarda hətta sarsılan hakimiyyət hesab edir ki cəmiyyətdən gələn tələbləri nəzərə almaq lazımdır. Buna görə də tamamilə məntiqli qərar çıxarırlar ki, qanunsuz olaraq Rusiya ərazisinə gəlmiş insanlar zəhmət çəkib qayıtsınlar öz vətənlərinə".

Zərdüşt Əlizadə bu proseslərdə iqtisadi deyil, siyasi maraqların olduğunu diqqətə çatdırıb:


"Bu, Rusiya hakimiyyətinin özünü qorumaq istəyindən irəli gəlir. Camaatın gözündə fərsiz, rüşvətxor bir qurum kimi görünmək istəmirlər. Bu qanunsuz miqrantlar hüquq-mühafizə orqanları üçün əlavə gəlir mənbəyidir, onlardan xeyli rüşvət alırdılar. İşbazlar da onlardan qazanırdılar, amma cəmiyyət bundan narazıdır. Narazılığını açıq bildirir ki, payızda Dövlət Dumasına seçkilər ərəfəsində müxalifətin miqrant problemindən silah kimi istifadə etməsinin qarşısını almaq üçün Rusiya hökuməti qərar çıxarıb ki, qanunsuz miqrantlar öz ölkəsinə qayıtsınlar".

Politoloq qeyd edib ki, Rusiyada 61 min erməni, 120 min azərbaycanlı miqrant var:


"İki rəqəm göstərir ki, Azərbaycanda iqtisadi vəziyyət Ermənistana nisbətən daha ağırdır".

Qeyd edək ki, Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy mətbuata açıqlamasında Rusiyada qeyri-qanuni yaşayan vətəndaşların iyunun 15-dək ölkəni tərk etməsi ilə bağlı qərar çıxarıldığını deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar