Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI + ŞƏKİL

Tarix: 17-04-2021 09:13     Baxış: 4180 A- / A+
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI + ŞƏKİL


2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz təşkil edib.


Manevr.az
-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin mart ayına nisbətən isə 104,8 faiz təşkil edib.

Bildirilib ki, ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoğurt, xama, kəsmik, pendir, kərə və bitki yağları, limon, portağal, naringi, kivi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, kələm, pomidor, yerkökü, çuğundur, balqabaq, kartof, soğan, şəkər və şəkər tozu, konfetlər, çay, mineral sular, limonad, araq, tütün məmulatları bahalaşıb, yumurta və xiyar isə ucuzlaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

Mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından parçalar, kəsilmiş taxtalar, sement, kərpic, paltaryuyan maşınlar, kondisionerlər, saç üçün şampunlar bahalaşıb.

Mobil telefonlar isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI + ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar