Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya azərbaycanlıları ölkədən çıxarır – Son möhlət verildi

Tarix: 17-04-2021 05:53     Baxış: 3175 A- / A+
Rusiya azərbaycanlıları ölkədən çıxarır

Rusiya Daxili İşlər Nazirliyi MDB ölkələrinə iyunun 15-dək möhlət verib.

DİN Birlik dövlətlərinə Rusiyada qanunsuz qalan əcnəbi vətəndaşları geri götürmək tələbi qoyub. Əks halda, rəsmi Moskva sərhədlərin bağlanması da daxil olmaqla, sərt tədbirlər görəcək.

Bunu Daxili İşlər Nazirinin birinci müavini Aleksandr Qorovoy MDB üzv dövlətlərin Parlamentlərarası Assambleyasında bildirib.

Nazir müavini deyib: “Siz və mən bu insanları prezidentin fərmanından da göründüyü kimi iyunun 15-ə qədər çıxarmarıqsa, bu insanlar qovulmaqla sərt cəzalandırılacaq və sərhədlər bağlanacaq”.

Qorovoy Rusiyaya qonşu olan ölkələrin nümayəndələrinə problemi bloqerlər və medianın köməyi ilə həll etmələrini təklif edib. Onun fikrincə, bu da qanunsuz miqrantların qərar qəbul edilməsinə təsir göstərməlidir.

Eyni zamanda, göstərilən vaxtdan əvvəl Rusiyada qaldıqları müddətdə miqrantlara qarşı cəzalar tətbiq olunmayacaq.
Xatırladaq ki, Rusiya Prezidentinin fərmanına əsasən, Rusiyada olan və pandemiyaya görə Rusiya Federasiyasını tərk edə bilməyən əcnəbilər yalnız 15 iyun tarixinə qədər ölkədə problemsiz qala bilərlər.


Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya ərazisində ərazisində qanunsuz olaraq 332 mindən çox Özbəkistan, 247 min Tacikistan, 115 min Qırğızıstan, 120 min Azərbaycan və 152 min Ukrayna vətəndaşı var. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar