Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Cəmil Həsənlinin qızının "sevgilisi"ni hansı cəza gözləyir?

Tarix: 16-04-2021 16:16     Baxış: 4231 A- / A+
Cəmil Həsənlinin qızının "sevgilisi"ni hansı cəza gözləyir?


"Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə görə, şəxsi həyata müdaxilə qadağandır. Heç kimin şəxsi həyatına müdaxilə oluna bilməz. Buna görə qanunvericilikdə sanksiya nəzərdə tutulub. Bu, Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsində göstərilib".

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov MŞ sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin gizli videolarının yayılması ilə bağlı DİN-də aparılan istintaq haqda danışarkən deyib.

O bildirib ki, iki şəxsin arasında olan foto və video çəkilişlər, mesajlar, şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatların şəxslərin razılığı olmadan media və sosial şəbəkələrdə yayılması cinayət məsuliyyətinə səbəb olur.

Məcəllənin 156-cı maddəsinin pozulmasına görə həmin şəxsə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalana bilər.

Qeyd edək ki, mart ayının sonunda yayılan məlum görüntülərlə bağlı G.Həsənli polisə şikayət ərizəsi verib. DİN-dən bu gün mediaya verilən açıqlamada isə hazırda araşdırmanın davam etdiyi vurğulanıb.

Sözügedən görüntüləri Mahir Allahverdiyev adlı şəxsin yaydığı qeyd edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar