Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əsirlikdən azad edilən Şahbaz Quliyev: “Köməyə ehtiyacım var” kimi sözlər işlətməmişəm”

Tarix: 15-04-2021 17:49     Baxış: 3155 A- / A+
Əsirlikdən azad edilən Şahbaz Quliyev: “Köməyə ehtiyacım var” kimi sözlər işlətməmişəm”

“Mənim ailəm çörək tapmır. Həyat yoldaşım qabyuyan işləyirdi, o da işdən çıxıb. Köməyə ehtiyacım var”, - kimi sözlər işlətməmişəm”.

Manevr.az xəbər verir ki, bu sözləri oxu.az-a Şahbaz Quliyev deyib.

O bildirib ki, son günlər mediada o və ailəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır:

“Mən heç bir jurnalistlə bu mövzuda danışmamışam. Uzun müddət əsir olmuşam. Ailəmin maddi durumunda çətinlik olubsa belə, bunu heç kim kənara hiss etdirməyib. Amma yazırlar ki, guya mən demişəm ki, müalicəmə baxılmır, acından çörək tapmırıq, işsiz qalmışam və s. Belə sözlər işlətməmişəm. Xahiş edirəm mənim adımdan yalan-yanlış məlumatlar yaymasınlar. Bu yaxşı iş deyil”.

Ş.Quliyev deyir ki, onun müalicəsi ən yüksək səviyyədə aparılır:

“Aidiyyəti qurumlar mənim müalicəmə diqqət ayırır. Ölkəyə gətirildiyim gündən həkimlər sağlamlığımla maraqlanıb. Mən 90-cı illərdə döyüşdə olmuşam, yaralanmışam. Heç o dövrdə də kimdənsə gileylənməmişəm, bu gün də gileylənmirəm. Dərmanlarıma qədər təmin edilmişəm. Məni vətənimə qaytardığı üçün, torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandanımıza, Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bir qədər ayaqlarımda problemlər var. Müalicəm davam edir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar