Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağda əlil olduğum üçün fəxr etsəm də, Elşən Süleymanov kimi korrupsionerə görə xəcalər çəkirəm"

Tarix: 15-04-2021 16:12     Baxış: 31 078 A- / A+
"Qarabağda əlil olduğum üçün fəxr etsəm də, Elşən Süleymanov kimi korrupsionerə görə xəcalər çəkirəm"

Ucar şəhəri, H.Əliyev prospekti, bina 138, mənzil 1-də yaşayan, 1-ci qrup Qarabağ müharibəsi əlili Famil Cümşüd oğlu Babayev tərəfindən Manevr.az-ın elektron poçtuna göndərilən şikayət məktubunu təqdim edirik:

"Mən 1-ci Qarabağ müharibəsində ağır yaralanıb, 1-ci qrup əlil olmuşam. Mən buna görə fəxr edirəm, qürur duyuram. Ancaq mən şəxsən xəcalət çəkirəm ki, Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəinə Süleymanov Elşən Fikrət oğlu adlı yaramazı rəis təyin ediblər.
Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəinin rəisi polis kapitanı Elşən Süleymanovun atası Fikrət Süleymanov Göyçayda böyük biznes sahibidir.
"Qarabağda əlil olduğum üçün fəxr etsəm də, Elşən Süleymanov kimi korrupsionerə görə xəcalər çəkirəm"

Elşən Süleymanov atasının kapitalı hesabına Texniki baxış şöbəsinə rəis təyin edilib. Daha doğrusu, dövlət idarəsində özü üçün biznes qurub. Elşən Süleymanov bu vəzifəyə rəis təyin ediləndən sonra avtomobillərin texniki baxışı rüsumundan 5 dəfə artıq qiymətə qaldırılb. Hətta avtomobilləri Texniki Baxış Şöbəsinə gətirmədən, yoxlanışdan keçmədən, texini baxış sənədi almaq olur. Bunu isə orada olan videomüşahidə kameralarına baxmaqla subut etmək çox asandır .Həmçinin ora gələn avtomobillərə heç bir baxış keçirilmir, texniki baxış sənədi təqdim edilir. Bu minvalla Elşən Süleymanov bu vəzifəyə təyin olunduğu 5 ay ərzində atasının yuxarıya verdiyi pulu çıxarmışdır.
Əyyaş hərəkətlər aludəçisi olan Elşən Süleymanov sərxoş olanda hər yerdə deyir ki, bu vəzifəyə təyinat almaq üçün yuxarı 200.000 (iki yüz min) manat pul vermişik.
Qeyd edim ki, polis kapitanı Elşən Süleymanov sərxoş vəziyyətdə sürətli avtomobil sürməsi nəticəsində 11 may 2019-cu il tarixdə Göyçay rayonunda ağır yol nəqliyyat hadisəsi baş vermişdir. “Mercedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakin Qurbanov Vusal Fərman oğlu ölmüş, Göyçay şəhər sakinləri Kərimli Məmməd Əlimövsüm oğlu, Azadov Pərviz Yelmar oğlu, Rüstəmov Nofəl Oqtay oğlu və Kərimli Simran Akif oğlu ağır xəsarət almışdılar.
Həmin vaxtı Elşənin atasının pulları onu məsuliyyətdən kənarda saxlaya bilmişdi. Elşən Süleymanov tərəfindən baş vermiş cinayət hadisəsinin məsuliyyətini bir nəfər şəxs öz üzərinə götürmüşdür. Ancaq avtombilin həmin vaxt hərəkətdə olduğu yoldakı müşahidə kameralarında aydın görünüb ki, sükan arxasında Elşən Süleymanov özü olmuşdur.
Cəzasızlıqdan azğınlaşmış Elşən Süleymanov kimi yaramazın indi belə bir vəzifədə işləməsi yolverilməzdir.
Bu vəzifəyə təyin etməmişdən əvvəl Elşən Sülüymanovun şəxsiyyəti, səviyyəsi və əməlləri yoxlanılmalı idi.
Mən şəxsən Qarabağ müharibəsində iştirak edib əlil olmağıma görə fəxr etsəm də, Elşən Süleymanov kimi yaramazın, əyyaşın və korrupsionerin belə bir vəzifədə təmsil olunmasına görə çox xəcalər çəkirəm.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan xahiş edirəm şikayətimi mənim iştirakımla araşdırılmasına göstəriş verəsiniz. Korrupsiya əməlləri ilə məşğul olan Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəinin rəisi Elşən Süleymanovun barəsində ciddi tədbirlər görəsiniz.
Əlaqə telefonu; (050) 419-36-29"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar