Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda axşam saat 8-dən sonra çölə çıxma qadağası qoyulur?

Tarix: 15-04-2021 14:10     Baxış: 3133 A- / A+
Azərbaycanda axşam saat 8-dən sonra çölə çıxma qadağası qoyulur?

Artıq aprelin 14-dən Ramazan ayı başlayıb. Bu ayda bir çox insanlar oruclarını yaxınları ilə birgə açmağa çalışırlar. Bu da insanların kütləvi toplaşmasına və koronavirusa yoluxanların sayının artmasına səbəb olur.

Məhz buna görə, yoluxanların sayının artmaması üçün axşam saat 8-dən sonra insanların çölə çıxmasına qadağa qoyulması və ya "sms icazə" sisteminin tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilir. İftar süfrəsində kütləvi toplaşmanın qarşısını almaq üçün axşam saat 8-dən sonra inanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, Ramazan ayında koronavirusa yoluxanların sayının artması ehtimalı böyükdür:

"Çünki insanlar iftar süfrəsində kütləvi toplaşıb, oruclarını açırlar. Ona görə də karantin rejimində sərtləşmələrin olması gözləniləndir. Düşünürəm ki, yoluxma sayı artarsa, yenidən "sms icazə" sisteminin bərpası gözləniləndir. Amma Operativ Qərargahın hansı qərarı verəcəyi ilə bağlı konkret fikir səsləndirə bilmərəm. Çünki karantin rejimi ilə bağlı qərarlar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Düşünürəm ki, yaxın günlərdə Operativ Qərargah yoluxanların və ölənlərin sayını, epidemioloji vəziyyəti analiz etdikdən sonra karantin rejimi ilə bağlı qərar qəbul edəcək"./sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar