Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Oruc tutanların nəzərinə: Bu təqvimdən istifadə edin!

Tarix: 15-04-2021 11:16     Baxış: 4123 A- / A+
Oruc tutanların nəzərinə: Bu təqvimdən istifadə edin!

Hər il olduğu kimi bu il də Ramazan ayı ilə əlaqəli fərqli təqvim problemi var. Bəzi şirkətlər müstəqil şəkildə özlərindən təqvim hazırlayır. Təbii ki, bu, əsassız və qəbuledilməzdir.

Manevr.az xəbər verir ki, bu sözləri report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay sosial şəbəkələrdə yayılan fərqli təqvimlər barədə danışarkən deyib.

QMİ nümayəndəsi xatırladıb ki, İdarə ənənəvi olaraq bu il mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib:

“Bu təqvim QMİ-nin rəsmi internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Mənim də qarşıma fərqli təqvimlər çıxıb. Qeyd edim ki, həmin təqvimlərin heç bir əsası yoxdur. Bu əsasları bizə verən elmi əsaslardır”.

Hacı Surxay oruc tutanları QMİ-nin hazırladığı təqvimin internet versiyasından istifadəni tövsiyə edib:

“Digər mənbələrdən daxil olan, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur”.

Qeyd edək ki, dünəndən ölkədə Razaman ayı başlayıb. Ramazan ayının builki təqviminə görə ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək. Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə mayın 13-ü və 14-ü ölkədə qeyri-iş günləri elan edilib.

Manevr.az
Oruc tutanların nəzərinə: Bu təqvimdən istifadə edin!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar