Xəbər lenti
Sürücülər nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz - VİDEO
Dayanma və durmanı qadağan edən nişanın tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni qaydalar sürücülər arasında anlaşılmazlıq yaradıb.
Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni qaydalardan səthi məlumatı olan sürücülərin çoxu demək olar ki, bunu səhv başa düşüblər.
Sürücülər elə zənn edirlər ki, yeni qaydaya əsəsan gün boyu şəhər ərazisində dayanma və durmanı nə qədər pozsalar da cəmi bir dəfə cərimə olunacaqlar. Amma bu belə deyil.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, sürücülər mümkün qədər dayanma və durma qaydasını pozmamalıdırlar. Qaydalara əməl etmədikdə bu yollarda sıxlığa səbəb olur. Dayanma və durmanı tələbini eyni yerdə pozan sürücülər yalnız bir dəfə cərimə tətbiq ediləcək.
Araz Əsgərlinin sözlərinə görə avtobusların dayanacağında avtomobilini park edən sürücülər 40 manat cərimə olunur. Yol polis əməkdaşı onu da bildirdi ki, avtobus dayanacağını zəbt edən avtomobil cərimə olunmaqla bərabər, sərnişin və avtobuslara maneə olduğundan ərazidən mütləq qaydada evakuasiya edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar