Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

65 yaşa çatmadan ölənlərin Pensiya fonduna ödədiyi pulun aqibəti necə olmalıdır?

Tarix: 14-04-2021 19:01     Baxış: 3201 A- / A+
65 yaşa çatmadan ölənlərin Pensiya fonduna ödədiyi pulun aqibəti necə olmalıdır?


"Hesab edirəm ki, pensiya qanunvericiliyi illər boyu müxtəlif dəyişikliyə uğramasına baxmayaraq, yenə də ideal vəziyyətdə deyil və onun düzəldilməsinə ehtiyac var”.

Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli 65 yaşına çatmadan dünyasını dəyişən vətəndaşların işlədiyi müddətdə Pensiya Fonduna ödədiyi pulların aqibətindən danışarkən deyib. Ekspert bildirib ki, Azərbaycanda mövcud qanunvericiliyə görə, pensiya yaşına çatmayan vətəndaşların Pensiya Fonduna, şəxsi hesaba toplanmış vəsaitlərin yığım hissəsi onun varislərinə verilir:

"Yığım hissəsi əlavə olaraq toplanılır. Ancaq sığorta hissəsi verilmir. 65 yaşa kimi, hətta kapital tam ödənilibsə belə, pensiyaçıya həmin vəsaitlər qaytarılmır. Bilirsiniz ki, pensiya qanunvericiliyi bir neçə dəfə dəyişikliyə uğrayıb. Həmçinin pensiya qanunvericiliyinə görə, baza, sığorta və yığım hissəsi var. Yığım hissəsi haqqında heç kəs düşünmür. Qanunvericilikdə olsa da, yığım hissəsi vətəndaşın məcburi sığorta haqqından əlavə özünün təşəbbüsü olaraq yönləndirdiyi vəsaitlərdir. Həmin vəsaitlər onun şəxsi hesabınada varsa, onlar varislərə qaytarıla bilir, sığorta hissəsi isə qaytarılmır. O, Sosial Müdafiə Fondunun gəlirləri hesab olunur və fondda qalmış olur. Bu nə qədər ədalətlidir, deyə bilmərəm”.

65 yaşa çatmadan ölənlərin Pensiya fonduna ödədiyi pulun aqibəti necə olmalıdır?


Ekspert bunun ədalətsiz olduğunu vurğulayıb:

"Sığorta olunub, pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşın pulunu qaytarmaq lazımdır. Çünki bu onun əmək haqqından tutulan vəsaitlərdir. Bizdə mövcud qanunvericiliyə görə, həm işə götürən Pensiya Fonduna pul ödəyir, həm də işçinin maaşından tutulan vəsaitlər ödənilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar