Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“WhatsApp” işlədənlərin NƏZƏRİNƏ: Hesabınızı itirə bilərsiniz

Tarix: 13-04-2021 19:34     Baxış: 3136 A- / A+
“WhatsApp” işlədənlərin NƏZƏRİNƏ: Hesabınızı itirə bilərsiniz

“WhatsApp” messencerində hesabı bloklamağa imkan verən yeni boşluq aşkar edilib.

Bu barədə “Forbes” xəbər verib.

Bildirilir ki, fırıldaqçılar telefon nömrəsinə bağlanmadan, sadəcə dəstək xidmətinə müraciət etməklə tətbiqin iki “zəif nöqtəsi”ndən istifadə edərək istifadəçini hesaba giriş imkanından məhrum edirlər.

Tətbiqə telefon nömrəsi əlavə edildikdə xidmət təsdiq kodu tələb edir. Bu adətən SMS ismarıc və ya zəngin köməyi ilə həyata keçirilir.

Dələduzlar bu zaman səhv kod bir neçə dəfə daxil edir və “WhatsApp” kodun sıfırlanması imkanı 12 saat müddətinə bağlanana qədər yenisini istəyirlər.

Sonra fırıldaqçılar qurbanın telefon nömrəsini göstərməklə messencer dəstək xidmətinə sorğu yollayırlar və telefonun itdiyini bildirərək hesabı bloklamaq istədiklərini deyirlər.

Mütəxəssislərin fikrincə, problem ondadır ki, “WhatsApp” bu cür istəkləri avtomatik olaraq cavablayır və sorğunun hesabın həqiqi sahibi tərəfindən göndərilib-göndərilmədiyini yoxlamır.

Fırıldaqçı üç dəfə bunu təkrarlasa, hesab həmişəlik bloklana bilər.

Bu vəziyyətdə “WhatsApp” mütəxəssisləri ilə əlaqə saxlanılmalıdır./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar