Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”

Tarix: 13-04-2021 18:01     Baxış: 4362 A- / A+
Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”

Göytəpə Sərhəd Dəstəsinin təhqiqat bölməsinin təhqiqatçıs Tural Azadəliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə açıq məktub yazaraq onunla görüşmək istədiyini bildirib.

Tural Azadəliyev karyerasının qəsdən məhv edildiyini, hərbi biletinə haqsız yerə xidmətə uyğunsuzluq maddəsinin vurulduğunu yazaraq öz haqqını qorumaq istədiyini bəyan edib. Onurğasında problem olduğuna görə bülletenə çıxarkən işdən çıxarılıb. Tural Azadəliyevin məktubunu təqdim edirik:

“General-Polkovnik Elçin Quliyevə!

Cənab General-Polkovnik, mən gizir Azadəliyev Tural Fədai oğlu Göytəpə sərhəd dəstəsinin təhqiqatçı vəzifəsində xidmət edirəm. Nəzərinizə çatdırıram ki, bu mənim Sizə ilk müraciətim deyil. 1 ay öncə valideynlərim də Sizə poçt vasitəsilə müraciət ediblər. Kadrlar üzrə müavin general-mayor Ayaz Hüseynovun qəbulunda olublar. Ayaz Hüseynov valideynlərimə bildirib ki, heç kim bizə təsir və təzyiqlə rütbə verdirə bilməz. Mən naxçıvanlıyam, mənə heç kim heç nə edə bilməz. Cənab General-Polkovnik, qanunla danışmaq haçandan təzyiq hesab olunur?

Mən Sizin əmrinizlə 2020-ci il təqvim ilinin sentyabr ayında xidmətə qəbul olunmuşam.

Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında qanunun 30-cu maddəsinin 3-cü bəndi izah edir ki, Tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə müvafiq olaraq “tibb xidməti” və “ədliyyə” sözləri əlavə edilir. Qanunla və praktikada heç bir hərbiləşdirilmiş və yarıhərbiləşdirilmiş qurumda təhqiqatçıya gizir rütbəsi verilmir. Bundan əlavə praktikada ədliyyə giziri anlayışı mövcud deyil. Mən vətən müharibəsi iştirakçısı cənab General-leytenant Azad Ələkbərovun qəbulunda da olmuşam. İntellektual və nəzəri biliklərimi yoxlayıb. Bildirib ki, köməklik göstəriləcək. Lakin bu köməklik olmadı.

AR Konstitusiyasının 148-ci maddəsinin 3 bəndini rəhbər tutub bildirirəm ki, qanunlar əsasnamələrdən üstün normativ hüquqi aktdır. Sərhəd qoşunlarında isə mənə bildirdilər ki, hərbi xidmət keçmək haqqında əsasnamənin 58-ci maddəsində qeyd olunub ki, zabit vəzifəsində 1 il vəzifəni icra etmədən rütbə verilə bilməz. Təbii ki, hüquqşünas olaraq araşdırdım və həmin maddənin təfərrüatları gözümdən qaçmadı. Qeyd olunub ki, mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə — zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə rütbə verilməlidir. Kursa cəlb olunan digər hüquqşünas yoldaşımıza rütbə verilib. Belə çıxır ki, inzibati icraat haqqında qanunun 12-ci maddəsinə şəxsi mülahizələrlə yanaşılır?

Axı həmin normativ hüquqi aktda açıq-aşkar qeyd olunub ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

Cənab General-Polkovnik!

Bəs Konstitusiyanın 25-ci maddəsinin bizə vəd etdiyi bərabərlik hüququ hara getdi? İnsan öz hüquqlarını tələb etdikdə mütləqdir ki, ona “demaqoq” damğası vurulsun?

Bu azmış kimi general Ayaz Hüseynov mənim hərbi biletimə xidmətə uyğunsuzluq maddəsini əmrlə tərxis üçün təsdiq edib. Bu cür ayrı-seçkiliklə rast gəlmişəm. Bu günə qədər də müxtəlif vəzifəli şəxslər tərəfindən hədələnmişəm, bu azmış kimi hələ hərbi biletim də korlanıb. Xidmətə uyğunsuzluqla heç bir yerdə işə düzəlmək olmur. Bu hərbi qanunvericilikdə xidmətə uyğunsuzluq anlayışı məhkumluğa bərabər termindir. Sizdən xahiş edirəm ki, mənə qarşı edilən bu ədalətsizliyin qarşısını alasınız. Mənim karyeram ləkələnib. Çox xahiş edirəm işi şəxsi nəzarətinizə götürəsiniz”./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar