Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı xəstəliklərin müalicəsi Xidmətlər Zərfinə salınacaq?

Tarix: 11-04-2021 22:47     Baxış: 4155 A- / A+
Hansı xəstəliklərin müalicəsi Xidmətlər Zərfinə salınacaq?

Azərbaycanda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı artırılacaq. Bu barədə mətbuata İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən, Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır. "Hazırda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir", - deyə məlumatda qeyd olunub.

Sputnik Azərbaycan İcbari tibbi sığortanın Xidmətlər Zərfinə hansı tibbi xidmətlərin əlavə olunmasının zəruriliyini araşdırıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən mövcud tibbi xidmətlərin əhatə dairəsi genişləndirilir. Bütün xəstəliklərlə bağlı Zərfə yeni tibbi xidmətlər əlavə olunması nəzərdə tutulub.

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılması vacib amildir: "Hesab edirəm ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı artırılmalıdırr. Məsələn, cərrahiyyənin bütün növ xidmətləri İcbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunsa yaxşı olar. İcbari tibbi sığortanın Xidmətlər Zərfi ürək əməliyyatlarını tam təmin etməlidir. İstər invaziv kardiologiya, istər də kardioloji açıq və qapalı əməliyyatların paketə daxilinə ciddi ehtiyac var. Bu, ölkədə çox yayılmış xəstəliklər qrupudur. Xəstəliyin müalicəsi üçün rəqabət imkanları da mükəmməl deyil. Bizim kardiocərrahlarımızın sayı azdır. Ona görə də düşünürəm ki, kardiocərrahların stimullaşdırılmasına ehtiyac var".

İ.Hüseynli deyir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərin sayı artırıldıqda ölkəmizdə çox yayılmış xəstəliklər nəzərə alınmalıdır: "Elə xəstəliklər var ki, ölkəmizdə geniş yayılıb. Bu da Azərbaycanda müayinə diaqnostikasının indiyə qədər ödənişli, baha olması ilə bağlı olub. İnsanlar vaxtında gedib müayinə olunmadığından, bəzi xəstəliklər geniş yayılıb. Sığorta zərfi bu xəstəliklərlə bağlı tibbi xidmətləri əhatə etməlidir".

İ.Hüseynlinin sözlərinə görə, stomatoloji xəstəliklərin əskik olan tibbi xidmətlərinin sayının artırılmasına ehtiyac var: "O cümlədən, Xidmətlər Zərfinə qazilərimizin ehtiyacının olmasını nəzərə alıb, indiki məqamda fizioterapiyanın vacib xidmətləri daxil edilərsə, yaxşı olar. Qazilərimiz var, onların dövlət sektorunda fizioterapiya xidmətlərini alma imkanları olmalıdır".

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması təqdirəlayiq haldır: "İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 2550-dən 2800-ə çatdırılması çox yaxşı haldır, sevindiricidir. Bu o deməkdir ki, ölkəmizdə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilən tibbi xidmətlərin sayı artır. Daha çox insan xəstəliklərinin müalicəsi üçün icbari tibbi sığortadan yararlanacaq. O ki qaldı Xidmətlər Zərfinə daxil edilən xəstəliklərə, ürək cərrahiyyəsi ilə bağlı bəzi tibbi xidmətlərin əlavə olunması daha yaxşı olardı. Məsələn, ürək cərrahiyyəsində ürəyin əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilsə də, biosintetik ürək qapağının alınması xərcini xəstə özü ödəməlidir. Ürək qapaqlarının qiyməti isə 30-70-80 min avro arasında dəyişir".

Ə.Rüstəm bildirir ki, bəzi dövlət proqramında nəzərdə tutulan xəstəliklərin də gələcəkdə icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunması arzuolunandır: "Hazırda onkoloji və diabet xəstəliklərinin müalicəsi dövlət proqramına əsasən pulsuz həyata keçirilir. Yaxşı olar ki, bu xəstəliklər də gələcəkdə Xidmətlər Zərfinə salınsın".

Həkim bildirir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfindəki xəstəliklərin sayı ildən-ilə tədricən artacaq: "Bu gün İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 2550-dirsə, bir neçə ildən sonra 5 minə çatacaq. Bu da əhalinin daha keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsinə gətirib çıxardacaq".

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar