Xəbər lenti
Seks qalmaqalı: dünyadakı ən təsirli silahı Azərbaycana kimlər gətirdi...
Tanınmış feminist aktivist olan Nərmin Şahmarzadə "oc-media.org" saytında "In Azerbaijan sex is a weapon" (Azərbaycanda seks silahdır (və ya silah kimi istifadə olunur) adlı məqalə ilə çıxış edib.
Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandıran, II Qarabağ müharibəsi zamanı ermənilərin müdafiəsinə qalxan bu xanım öz məqaləsində elə şeylərdən yazıb ki, heç deyiləsi deyil.
Sözünün canı odur ki, qızın bakirə olması, evlilik, adət-ənənə... hamısı boş şeydir. İstədiyin adamla intim münasibətdə ola bilərsən və məhz belə bir həyat tərzi qadın azadlığının təntənəsidir.
Nərmin Şahmarzadə onu da vurğulayır ki, Azərbaycan iqtidarı ona müxalif olanları susdurmaq üçün onların yatağına girir. O, Cəmil Həsənlinin qızının məlum videosunu yayılmasını xatırladır. Fransada yaşayan mühacir bloqer Məhəmməd Mirzəlinin bacısının oxşar görüntülərindən bəhs edir. Xədicə İsmayılla bağlı qalmaqalı yada salır.
Son zamanlara qədər Azərbaycan iqtidarı müxtəlif komponentlərdən ibarət idi. Bu komponentlərin maraqları isə bir çox hallarda kəsişirdi. Bu durum əsaslı şəkildə dəyişsə də, tam olaraq aradan qalxmayıb. Əslində bu, bütün dünyada belədir. Bütün iqtidarlarda müxtəlif qruplar var və bu qruplar hər vasitədən öz maraqları naminə istifadə edirlər. Bəzi hallarda, bu qruplardan hansılarsa xarici güclərin iradəsinə bağlı olurlar.
Əlbəttə, bu çox pisdir. Mən bunu şiddətlə qınayıram. Eyni zamanda, mən onu da yaxşı başa düşürəm ki, cin çoxdandır ki, lampadan çıxıb. İctimai qınaqla cin yenidən həmin lampanın içinə yenidən girən deyil. Artıq bir çox yerlərdə olduğu kimi, Azərbaycanda da seks qalmaqalları siyasi oyunların tərkib hissəsi kimi ortadadır. Bu da Qərbin bizə sırıdığı “dəyər"lərdən biridir.
Məsələn, ABŞ-da seks qalmaqalları o qədər papaqları boş qoyub ki. Bu məsələyə aşağıda daha ətraflı toxunacam.
Məni başqa bir şey daha çox düşündürür. Niyə bizim feministlər milli dəyərlərimizi tapdalayıb keçməyi azadlıq hesab edirlər? Ən pisi odur ki, belələri qadın azadlığını daha çox seksual müstəvidə axtarırlar. Sən gündə fərqli kişilərlə yatağa girirsənsə, deməli, sən azad qadınsan. Belə qadınlar alman filosofu Ziqmund Freydin “insan arzularının mənbəyi seksdir” tezisinə söykənirlər.
Mən qadınlara daha çox hüquqların verilməsinin tərəfdarıyam. Azərbaycan qadını siyasətdə, biznesdə, yaradıcılıqda, ictimai işlərdə daha çox öndə olmalıdır. Bütün dünyada qadınların azadlıq indeksi belə parametrlərlə ölçülür. Gündə bir kişi dəyişməyin qadın hüquqlarına yaxından, uzaqdan elə bir dəxli yoxdur.
Ən pisi odur ki, Qərbin Azərbaycandakı mərkəzləri milli dəyərlərdən uzaq olan Nərmin Şahmarzadə kimi qadınları bizim millətə nümunə kimi sırımağa çalışırlar.
Ailə dəyərlərinin iflası nə ilə nəticələnir? Deyim sizə. Mən İsveçrədə yaşayıram. Burada vəziyyət belədir: məktəblərdə elə siniflər var ki, orada bir nəfər də olsun isveçrəli uşaq yoxdur. Hamısı əcnəbilərin uşaqlarıdır. Qadın və kişi özü üçün yaşayanda cəmiyyət bu kökə düşür. Eyni prosesi biz qonşu Gürcüstanda və Ermənistanda görürük. Bizə belə Azərbaycan lazımdırmı? Məncə, yox. Şəxsən mən Azərbaycan xalqını kökü kəsilməkdə olan xalqlar sırasında görmək istəməzdim.
Orasını da deyim ki, heç Qərbin özündə də belə şeylər o qədər də yaxşı qarşılanmır. Hazırda Qərb dəyərləri Amerika standartlarına söykənir. Ona görə də Amerikada yaşanan seks skandallara toxunacam. Özü də ancaq Amerika prezidentlərindən bəhs edəcəm. Çünki nüfuzlu siyasətçilərə toxunsaq ortada olan zəngin siyahının heç ilk səhifəsini bitirə bilmərik.
Thomas Cefferson ABŞ-ın 3-cü prezidenti (1801-1809) olub. ABŞ İstiqlal Bəyannaməsinin əsas müəllifidır. Raşmor dağında təsviri həkk olunan 4 prezidentdən (soldan ikinci) biridir. O, öz qulu olan Sally Hemings ilə qeyri-qanuni şəkildə evli olub və bu münasibətlərdən 6 uşaq dünyaya gəlib. Onun rəsmi həyat yoldaşı isə Marta Ueyls Skelton Cefferson idi. Bu izdivacdan da onun 4 qızı vardı. Tomas Cefferson vəzifə başında olanda bu barədə ABŞ mətbuatında yazılar gedib.
Stiven Qrover Klivlend Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885-1889, 1893-1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Maria Crofts Halpin adlı dul qadın açıq şəkildə prezidenti onu zorlamaqda ittiham edib. Stiven Klivlendin həmin qadından bir oğlu da dünyaya gəlib. Bu məsələ ilə bağlı Amerikada belə bir lətifə varmış: Uşaq anasından soruşur ki, ana, mənim atam hara getdi. Anası cavab verir ki, sənin atan Ağ Evə getdi.
O da maraqlıdır ki, Stiven Klivlendin xanımı Frensis Klivlend də siyasətçi olub. O, ən gənc birinci ledi kimi də tarixə düşüb. Onların beş uşağı olub. Buna baxmayaraq, əri vəfat edəndən sonra o, başqa biri ilə yenidən ailə qurub.
Tomas Vudro Vilson Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti (1913-1921) olub. O, 1907-ci ildə Princeton Universitetinin rektroru olduğu dönəmdə Mary Allen Hulbert adlı qadınla yaxınlıq edib. Bu barədə hələ də müzakirələr gedir. 1999-cu ildə “The Washington Post ” bu barədə araşdırma yazı təqdim edib. İki dəfə evli olmuş Tomas Vilson ermənilərin dostu, türklərin düşməni kimi tarixə düşüb.
28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib. Əvəzində isə o, Türkiyənin Ərzurum, Trapezund, Van, Bitlis bölgələrinin Ermənistana verilməsini tələb edirdi.
Uorren Qamaliel Hardinq Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921-1923). O, Carrie Phillips və Nan Britton adlı qadınlarla 1910-1920-ci illər arasında qeyri-qanuni münasibətdə olub. 2015-ci ildə genetik test yolu ilə müəyyən edilib ki, Elizabet adlı qadın onun doğma qızı imiş. Sadəcə, nikahdan kənar doğulub.
Con Fitscerald Kennedi 1961-1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti olub. O, Texas ştatının Dallas şəhərində odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Con Kennedinin qadınlara münasibəti haqqında belə deyirdilər: Onun üçün qadınlarla intim münasibətdə olmaq bir fincan qəhvə içmək kimi bir şey idi. O, dünyada seks simvolu kimi tanınan Merlin Monro kimi qadınla yaxın olub, Judith Campbell Exner və Mimi Alford kimi gözəl qadınlarla “dostluq” edib.
Lindon Beyns Conson Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti (1965-1969). Onun “dostluğunda olan” qadınların sayını amerikalılar itiriblər. Amerikada yaxşı tanınan Alice Marsh adlı qadınla da çox yaxın olub. Madeleine Duncan Brown adlı qadından isə nikahdan kənar oğlu doğulub. Maraqlıdır ki, bu qadın Lindon Consonu Con Kennedinin ölümündə də suçlu bilib və bu barədə bəyanat verib.
Bill Klinton Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993-2001). Onun Monica Levinski ilə intim münasibəti bütün dünyanın gündəminə oturmuşdu. Hətta prezidentin impiçment məsələsi gündəmə gəlmişdi. 55 senator onun lehinə, 45 senator isə əleyhinə səs vermişdi. Bill Klinton Juanita Broaddrick adlı qadınla gizli münasibətlərə görə də ittiham olunub.
Donald Con Tramp ABŞ-ın 45-ci prezidenti (2017-2021). O, 2016-cı ildə prezident seçkilərinə qatılanda 25 qadın onu intim münasibətlərdən dolayı ittiham edirdi. “The Washington Post” onun 2005-ci ildə lentə alınmış videosunu paylaşdı. “The New York Times” bu məsələdən yazdı. “USA Today” təfərrüatlara vardı. Donald Trampın gənc vaxtlarında porno-filmlərə çəkilməsi barədə də məlumatlar var.
Son günlərdə isə ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin köhnə kompüterindəki intim fotolar media tərəfindən gündəmə gətirilib. Hanter Bayden bəyan edib ki, bu, Rusiya kəşfiyyatının işidir.
ABŞ mətbuatı isə prezidentin oğlunu “pozğun, narkotik aludəçisi, təcavüzkar və yalançı” adlandırır. Qeyd olunur ki, yayılan intim materiallar arasında azyaşlı uşaq şəkilləri də var.
Şübhəsiz ki, bu fakt prezident seçkisindən öncə üzə çıxaydı, Co Bayden böyük ehtimalla prezident seçilməyəcəydi.
Gördüyünüz kimi, Qərbdə də bu məsələ ictimai rəyə ciddi təsir imkanına malikdir. Bu, Azərbaycanda da belədir. Bundan sonra da belə olacaq./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar