Xəbər lenti
Tanınmış həkimdən "nəfəs alaq kampaniyası"na etiraz:"Dəstəkləmirəm, çünki..."

Tanınmış həkim Vasif İsmayıl son günlər cəmiyyətdə geniş rezonans doğuran "nəfəs alaq kampaniyası" barədə danışıb.
Manevr.az xəbər verir ki, həkim kampaniyanı yayanlar kimi düşünmür. O, eynək taxan biri kimi ilin istənilən fəslində maska taxmağın onun üçün daha əziyyətli olduğunu bildirib: "Maska taxmaq bəzi insanların ciddi psixoloji sarsıntı keçirməsinə səbəb olur. Bunları başa düşürəm. Açıq havada 2 metr ətrafda insan olmasa maska taxmaq qaydasının heç bir tibbi əsası yoxdur. Verilən qərar tamamilə adminstrativ ehtiyacdan irəli gəlir.
Necə? Bundan əvvəl ətrafda insan yoxdursa maskanı aşağı salmaq mümkün idi. İnsanlar da kütləvi şəkildə bundan istifadə edərək maska taxılma rejimini pozurdular. Hüquq-mühafizə orqanları əməkdaşları ilə sözlü polemikaya girirdilər. Buna görə də açıq havada maska taxmaq məcburiyyəti gətirildi".
V.İsmayıl deyib ki, indiki zamanda epidemiyanın mümkün olduqca tez bitməsi üçün tədbirləri dəstəkləmək lazımdır."#nəfəsalaq kampaniyasının isə əksinə, buna mane olduğunu düşünürəm və dəstəkləmirəm"./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































