Xəbər lenti
Kafe, restoranlar yenidən bağalanır?- Açıqlama
Vaksinasiyanın davam etməsinə baxmayaraq bu gün dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı Azərbaycanda da koronavirusa yoluxma sayının artımı müşahidə olunmaqdadır.
Manevr.az bildirir ki, bunu ölkə.az-a açıqlamasında millət vəkili Vüqar Bayramlı son həftələrdə ölkədə virusa yoluxma sayının artması və hansı zəruri addımların atılması ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, son həftələrdə Azərbaycanda gündəlik virusa yoluxma sayı iki mindən yuxarı qeydə alınır ki, bu də əvvəlkindən xeyli çoxdur. "Yaranmış mövcud epidemioloji vəziyyət hansısa qərarlaırn qəbul edilməsinə öz təsirini göstərəcək və belə qərarların verilməsi vacibdir"- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, amma bununla yanaşı real sektorun fəaliyyətinin davam etdirilməsi, xüsusən də icitmai-iaəşə sahəsi fəaliyyətini davam etdirsə yaxşı olardı: "Düzdür, bəzi Avropa ölkələrində iqtisadiyyatın qapanmasına keşid müşahidə olunmaqdadır. Azərbaycanda iqtisadiyyatın müəyyən sahəsində bu addıma getmək olar, ancaq ictimai-iaşə sahəsi məşulluq baxımından vacib olduğundan tam qapanmaya yol verməməliyik. Bunun üçün pandemiya qaydalarına riayət edilməsinə nəzarət gücləndirilməlidir. Nəzarət eyni zamnda ictimai-iaşə sektorunda da gücləndiirlməlidir. Elə etmək laızmdır ki, bu sahədə çalışanlar da qaydalara ciddi əməl etsinlər. Yalnız qaydalara ciddi əməl etməklə virusa yoluxmanın sayını azalda bilərik".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar