Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan “Azərbaycan casusu”nu yaxaladığını açıqladı

Tarix: 06-04-2021 23:06     Baxış: 4142 A- / A+
Ermənistan “Azərbaycan casusu”nu yaxaladığını açıqladı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentində dövlətə xəyanət faktı ilə bağlı cinayət işi çərçivəsində ilkin istintaq bitib.

Manevr.az xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İnformasiya Mərkəzi yayıb. Məlumata görə, istintaq zamanı Türkiyəni dəfələrlə ziyarət etmiş Ermənistan vətəndaşının məhz orada Azərbaycan xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığı iddia edilib.

Təsir altına düşən şəxs müəyyən mükafat qarşılığında Azərbaycana vacib məlumatlar ötürməyə razılıq verib. Onun Azərbaycan xüsusi xidmət orqanlarına mütəmadi olaraq Ermənistan ordusunun dövlət və hərbi sirr təşkil edən məlumatları ötürdüyü bildirilib. Bunun qarşılığında isə o, 1500 dollar mükafat alıb.

Saxlanılan şəxslə bərabər Ermənistan Milli Təhlükəsizlik Xidməti onun həyat yoldaşını da məsuliyyətə cəlb edib. Ermənistan kəşfiyyatının iddiasına görə, qadın guya öz həyat yoldaşına fəaliyyətində yardım edib.

Qeyd edək ki, adı açıqlanmayan şəxs bir müddət öncə saxlanılmışdı. Ümumiyyətlə isə 44 günlük müharibədən sonra Ermənistan casus ovuna çıxıb. Hətta UNİSEF-in İrəvan ofisinin rəhbəri Marian Klark-Xattinqin də Azərbaycana casusluq etdiyi iddia edilmişdi./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar