Xəbər lenti
SON DƏQİQƏ! Dilqəmlə Şahbazın səhhəti pisləşib
Ötən ilin dekabrında beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra altı il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edilib.
Manevr.az-ın məlumatına görə, modern.az-ın əməkdaşı onlarla əlaqə saxlayıb, sağlıq durumlarının necə olduğunu öyrənib.
Dilqəm Ələsgərov vəziyyətinin yaxşı olmadığını bildirib:
“Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdı, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var”.
Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib:
“Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar