Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İqtisadçı alim: Uşaq pulu mütləq verilməlidir! - Arqumentlər və faktlar

Tarix: 06-04-2021 22:31     Baxış: 3139 A- / A+
İqtisadçı alim: Uşaq pulu mütləq verilməlidir! - Arqumentlər və faktlar


Son günlər uşaq pulunun verilməsi ilə bağlı məsələ əsas müzakirə mövzusuna çevrilib. Lakin uşaq pulunun verilməsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Manevr.az xəbər veri ki, İqtisadçı alim Qubad İbadoğlu uşaq pulunun nəyə görə və hansı formada verilməsini aşağıdakı arqumentlərələ izah edib.

1) Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır.

Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Nəhayət, 38-ci maddənin I hissəsində göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır. Bu o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşlar, o sırdadan da uşaqlar qarşısında social öhdəlikləri vardır.
Bundan əlavə, Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Bu Konvesisiya ilə Azərbaycan hakimiyyəti uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir. Hazırda kasıb ailələrdə böyüyən uşaqların haqları pozulur.

2) Uşaq pulu ideoloji məsələsidir.

Uşaq pulu konseptual olaraq əsasən sosial rifah dövlətlərində tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 15-ci maddəsinin II hisssəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti formalaşdırılır. Odur ki, Azərbaycan hakimiyyəti ideoloji baxımdan da uşaq pulu ödəmək öhdəliyinə malikdir.

3) Azərbaycanda demoqrafiya problemi var

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 nəfər azalıb.

4) Azərbaycanda sosial müdafiə proqramları çərçivəsində uşaqların 85 faizinə yardım edilmir.

DSK-nın məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə, sosial müavinət alan uşaqların sayı 401249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləği 118,4 manat təşkil edib ki, bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli 85 faizə qədər uşaqlar sosial müdafiə proqramlarından kənarda qalır.

5) Uşaqların hər birinə uşaq pulu verilməlidir.

Azərbaycan Respublikasının qəbul etdiyi BMT-nin Uşaq Hüquqları 2-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Odur ki, uşaqlar arasında diskrinimasiya yol verilməzdir.

6) Büdcənin problemi maliyyə təminatında deyil, onun səmərəli və şəffaf xərclənməsindədir.

18 yaşına qədər hər bir uşağa yardım edilməlidir. Bu zaman 2,6 milyon nəfərdən 400 min uşaq pulu alan kateqoriyanı çıxmaqla sayı azaltmaq mümkündür. 400 min uşağa ödəmələr hazırkı büdcədə nəzərdə tutulub.

7) Uşaq pulunun məbləği ailələrin gəlirləri əsasında hesablanmalıdır.

Uşaq pulunun məbləği ailənin gəlirləri ilə yaşayış hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirlə bilər.
8) Uşaq Fondu yaradılmalıdır

Uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın Fondun vəsaiti yetərincə təmin oluna bilər.

9) Uşaq pulunun ödənilməsi büdcə gəlirlərinin çoxalmasına stimul verəcək.

Uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyəq qaytaracaq.

10) Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər.

11) Uşaq pulunun ödənilməsi dövlət və ailə münasibətlərinin möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər.

Azərbaycanda uşaqlar doyunca yeməli, sağlam və savadlı böyüməlidir, bunun üçün də uşaq pulu mütləq verilməlidir!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar