Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşanın keçmiş icra başçısının oğluna AĞIR CƏZA

Tarix: 06-04-2021 18:37     Baxış: 3128 A- / A+
Şuşanın keçmiş icra başçısının oğluna AĞIR CƏZA

Şuşanın sabiq icra başçısı Nizami Bəhmənovun oğlu hakim qarşısına çıxarılıb. Ona arvadını öldürməyə cəhddə görə ağır cəza kəsilib.

Manevr.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Bəhmənov Ceyhun Nizami oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

C.Bəhmənov ötən il fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, Dilarə Zeynalova 3 uşaq anası olub. Hadisədən iki il öncə Ceyhun Bəhmənovdan boşansa da, keçmiş əri onu ölümlə təhdid etməyə davam edib.

Dilarə Zeynalova 2018-ci ildə həyat yoldaşı evi təmir etdirdiyi üçün uşaqlarını da götürüb, müvəqqəti olaraq valideynlərinin evinə köçüb. Evin təmiri bir il sürdüyü üçün onlar uzun müddət Dilarənin valideynlərinin evində qalıblar.

Təmir bitdikdən sonra Dilarə ərinin evinə qayıtmaq istəməyib və ondan boşanıb.

Ceyhun Bəhmənov ona zəng vurub, hədələməyə başlayıb. Ata-anasını və uşaqları da öldürəcəyini deyib.

Dilarə Zeynalovanın anası Elmira Zeynalova deyib ki, qızı 1998-ci ildə, hələ 11-ci sinifdə oxuyarkən sinif yoldaşları onlara qonaq gəldiyi üçün Ceyhun Bəhmənov ona çoxlu bıçaq zərbəsi vurub.

Elmira Zeynalova deyib ki, Ceyhun Bəhmənov həbs cəzası almayıb, daha doğrusu, onun psixoloji problemlərinin olması ilə bağlı arayışa görə, məhkəmə iki illik şərti cəza ilə kifayətlənib. Zeynalova iddia edir ki, Bəhmənovlar ailəsi həkim arayışını “pulla alıblar”.

Məhkəmənin hökmü ilə keçmiş arvadını öldürməyə cəhddə ittiham edilən Ceyhun Bəhmənov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar