Xəbər lenti
Əhməd Əhmədzadənin yerinə təyin olunan Zaur Mikayılov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Manevr.az-ın əldə etdiyi məlumata görə, Zaur Rauf oğlu Mikayılov “Azərbaycan Supermarket” MMC-nin rəhbəri olub. Sözügedən MMC BRAVO supermarketlərinin sahibi olaraq göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 2 min manat təşkil edir.
“Azərbaycan Supermarket” MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında “Paşa İnşaat”, “Paşa Technology”, “Paşa Sığorta” kimi şirkətlərin də olduğu qeyd olunub.
Həmçinin qeyd edək ki, Vergilər Nazirliyi 2017-ci ilin dekabrında qeydiyyata aldığı “Agro Supply” MMC-nin də qanuni təmsilçisi Zaur Rauf oğlu Mikayılov göstərilmişdi. Sözügedən şirkətin nizamnamə kaptalı isə 100 min manatdır. Müəsssisə “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Qeyd edək ki, bir müddət əvvəl PAŞA Holdinq MMC-yə məxsus "Azərbaycan Supermarket" MMC-nin direktoru Zaur Mikayılov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik əcnəbi vətəndaşa (Kevin Paul Landi) həvalə olunub./hit.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar