Xəbər lenti
Bakıdakı dövlət bağçaları bağlanacaq? - AÇIQLAMA
Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssissələrinin fəaliyyəti davam edir.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.
"Bu gün dövlət məktəbəqədər təhsil müəssissələrində profiliktik tədbirlər (dezinfeksiya, peyvəndləmə) işləri həyata keçirilib. Aprelin 6-da səhər saatlarından etibarən bağçalar uşaqların üzünə açıq olacaq", - deyə, məlumatda bildirilib.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin aprelin 5-dən bağlanması ilə bağlı qərar aprelin 2-də müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən verilib.
Daha sonra təhsil naziri Emin Əmrullayevin aprelin 3-də feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini demişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar