Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər bizim gələcəyimizdir

Tarix: 04-04-2021 15:16     Baxış: 3124 A- / A+
Gənclər bizim gələcəyimizdir

Dahilərin belə bir maraqlı fikri var: “Gələcəyini düşünməyən xalq, ölümə məhkumdur”. Məhz buna görə də dünyanın məşhur xalqları ilk öncə millətinin savadlı olmasına, elm öyrənməsinə daha çox fikir verir.
Təhsilə, bu sahədə dərs deyən müəllimlərə daha böyük məvacib verir və müəllimlər həmişə bütün sahələrdə çalışan insanlardan daha uca tutulur. Amma gəlin danmayaq ki, bizim məmləkətdə təhsilimizdə hələ də problemlər olduğu vaxtda, gənclərimizin çoxu bu problemlərə sinə gərərək və öz üzərində işləməklə, çalışırlar ki, müstəqil respublikamızın gələcəkdə layiqli sahibi olsunlar. Savadlı, öz peşəsinin mahir bilicisi olan gənclərə isə həmişə bütün sahələrdə “yaşıl işıqdır”. Onlardan biri də Sumqayıt Dövlət Universitetinin Kimya və Biologiya fakültəsinin III kurs tələbəsi Solmaz Pənah qızı Məhəmmədzadədir. O, 2001-ci ildə mart ayında Sumqayıtda dünyaya gəlib. Orta məktəbi yaxşı qiymətlərlə bitirəndən sonra Sumqayıt Dövlət Universitetinə qəbul olub. Elə ilk günlərdən də özünü təkcə dərs əlaçısı kimi yox, həm də ictimaiyyətçi kimi sübut edib. Məhz buna görə də az bir vaxtda universitetin Tələbə Gənclər Təşkilatında Yeni Azərbaycan Partiyasının qrup sədri seçilib. Solmaz xanım, ona olan bu etibarı az bir vaxtda doğruldub və özünü çox yaxşı ictimaiyyətçi kimi göstərə bilib. Onun belə savadını, bacarığını görüb, universitetin rəhbərliyi Sumqayıt şəhərində keçirilən mədəni-kütləvi tədbirlərə məhz Solmaz Məhəmmədzadəni göndəriblər və o da universitet adından orada maraqlı çıxışlar edib. Həmişə də çıxışları çox yaxşı və maraqla qarşılanıb. Məhz buna görə də Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov tərəfindən 2020-ci ilin fevral ayının 2-də Gənclər günü münasibəti ilə Fəxri Fərmanla təltif olunub Solmaz xanım.
Gənclər bizim gələcəyimizdir

Biz inanırıq ki, Solmaz xanım gələcəkdə təkcə kimya-biologiya müəllimi kimi yox, həm də çox bacarıqlı ictimaiyyətçi kimi yetişəcək və təkcə Sumqayıtda yox, respublikamızda keçirilən dövlət səviyyəli tədbirlərdə də özünün maraqlı çıxışları ilə hamının hörmətini qazanacaq. Bəli. Bu gün bizim belə bacarıqlı, savadlı, yüksək natiqlik qabiliyyətinə malik gənclərə çox böyük ehtiyacımız var və biz yazarlar da onları oxuculara yaxından tanıtmalıyıq. Axı bu gənclər gələcəkdə bizi dünya səviyyəli tədbirlərdə də təmsil etməklə, xalqımıza başucalığı gətirməlidirlər. Biz dünya xalqlarına bir daha sübut etməliyik ki, azərbaycanlılar təkcə döyüşdə yox, həm də informasiya müharibəsində də birincidirlər. Necə ki, cənab Prezidentimiz, Ali Baş Komandanımız 44 günlük Vətən Müharibəsində bunu tam sübut elədi. Onun bu müqəddəs işləri bütün gənclərimizə bir örnək olmalıdır. Ona görə də bütün gənclərimizi bu ruhda tərbiyə etməliyik.

Artıq 20 yaşı tamam olan Solmaz Pənah qızı Məhəmmədzadəni valideynləri, qohumları ilə birlikdə biz də ad günü münasibəti ilə təbrik edirik. Və deyirik ki, əziz Solmaz xanım. Sən çox müqəddəs bir işlə- elm öyrənməklə və ictimai işlərlə məşğulsan. Hər iki sahədə birinci olmalısan. Ulularımız deyib ki, “gənclərə inanmalıyıq ki, gələcəyimiz daha parlaq, uğurlu olsun”. Dahi Nizami Gəncəvi isə deyir:

“Mahir bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”.

Çalış sən də elmdə və həm də ictimai işlərdə birinci ol, Solmaz xanım. Səni çıxış etdiyin tədbirlərdə görən, cavan olmağına baxmayaraq yüksək təxəyyülünə heyran olan tanınmış şairə Lilpar Cəmşidqızı da özünün bu şeiri ilə təbrik edir.

Gələcəyin müəllimi,
Olacaq, Solmaz qızım.
Təhsilində qələbə,
Çalacaq, Solmaz qızım.

İrəliyə inamla,
Addımlayır, bax necə.
Yorulmadan, əzmlə,
Çalışır gündüz-gecə.

Müəllimləri fəxr edir,
Nə yorulur, nə doyur.
Bu qız yaman qoçaqdı,
Dostları qürur duyur.

Biz də inanırıq ki, zaman gələcək Solmaz Məhəmmədzadə Azərbaycan gənclərini beynəlxalq səviyyəli tədbirlərdə də təmsil edəcək.

Azadə MƏHƏMMƏDQIZI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar