Xəbər lenti
"Tərxis olunan qazilərin dərman təminatını biz həyata keçirə bilmirik" - Müdafiə Nazirliyi
“Müalicə alan qazilərimizin hamısı ordudan tərxis olunmayıb”.
Manevr.az apa-ya istinadən xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə bildirib.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icarə edən polkovnik deyib ki, müalicəsi başa çatan qazilər ordudan tərxis olunub: “Müalicəsi başa çatan 200-ə yaxın qaziyə sosial müavinət də təyin olunub”.
F. Nəbiyev bildirib ki, belə qazilərin sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir: “Hazırda tərxis olunmayan qazilərin bəzilərinə evdə də məzuniyyət verilib. Məsələn, ayağında, qolunda, sümüklərində qırıqlar olan və evdə ailələrinin qayğısı ilə daha yaxşı müalicə olunmaq istəyən qazilərə 30, 45, bəzən 60 gün məzuniyyət verilir. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı bizim üzərimizdədir və onların dərmanları verilir. Tərxis olunan qazilərin dərman təminatını isə biz həyata keçirə bilmirik. Yüksək rütbəli zabit və gizirlər, habelə müəyyən səbəblərə görə tərxisə buraxılmış zabitlərin tibbi təminatı bizim üzərimizdədir. Bəzən qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunmaq istəyirlər. Biz də onların hospitallarda müalicə olunmasını istəyirik. Amma qanunlar var, həmin qanunlara görə onların müalicəsini təşkil edə bilmirik. Bizim təminatımızda olan qazilərin müalicəsini təşkil edirik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar