Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqpulu verilməlidir? - “Sosial çağırışdır və həyata keçirilməlidir!“

Tarix: 03-04-2021 13:49     Baxış: 4129 A- / A+
Uşaqpulu verilməlidir? - “Sosial çağırışdır və həyata keçirilməlidir!“

Digər müxalif partiyalarla REAL arasında bir neçə gündür ki, uşaqpulu məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. Başda İlqar Məmmədov olmaqla bütün REAL-çılar hesab edir ki, büdcənin imkanları hər kəsə uşaqpulu ödəmək üçün yetərli deyil. Onların fikrincə, büdcənin bu yükü qaldırmaq iqtidarı yoxdur.

Manevr.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov yenisabah.az-a açıqlamasında qeyd edib ki, yanaşma nöqsanlıdır. Diqqət ilk əvvəl mexanizmə yönəlməlidir, onun maliyyə mənbələri sonradan müəyyənləşdirilir:

“Uşaqpulu əlbəttə ki, lazımdır. Çünki əhalinin əhəmiyyətli hissəsi, xüsusilə də regionlardakı insanlar müasir tələblərə uyğun həyat səviyyəsində yaşaya bilmirlər. Nə baş verir? Uşaqların normal səhiyyə, təhsil xidmətlərinə çıxışı, həmçinin sağlam qidalanma imkanları məhdudlaşır. Bizdə demoqrafik problem də yaşanmaqdadır. 1990-cı ildə hər 1000 nəfərə Azərbaycanda 20 yeni uşaq doğulurdu. 2018-19-cu illərdə bu göstərici 8-ə düşüb. Proses bu şəkildə də davam edəcək. Azərbaycanda ailələr kiçilir. Sosial, iqtisadi və demoqrafik problemlərin həlli üçün uşaqpulu mexanizmi olmalıdır”

Ekspert diqqətə çatdırıb ki, uşaqpulunun strukturu müzakirə olunabilən məsələdir:

“Onun hansı şəkildə olması barədə biz dəfələrlə fikir bildirmişik. Düşünürəm ki, ən pis halda birinci uşaqlara görə uşaqpulu verilməyə bilər. Bununla yanaşı, neft sektoru Azərbaycanda əməkhaqqı ən yüksək səviyyədə olan sektorlardan biridir. Orada orta aylıq əməkhaqqı 3 min manata çatır. Valideynlərdən biri neft sektorunda və yaxud valideynlərdən biri xüsusi dövlət qulluğuna aid olan vəzifələrdə çalışırsa, həmin ailə üçün uşaqpulu dayandırıla bilər. Həmçinin ailənin büdcəsi ilə də məsələni müəyyənləşdirmək olar. Məsələn, ailə büdcəsinin gəlirləri 2 min manatdan yuxarı olan ailələrə uşaqpulu verilməməsi mümkündür. Bu tip mexanizmlər yaratmaq çətin deyil. Həmişə belə bir arqument olub ki, “Zənginə nə üçün pul verməliyik?” O arqumenti anlayıram. Amma bu ölkədə uçot yoxdur, bütün problemlərin kökündə uçot dayanır. Kimin zəngin, kimin yoxsul olduğu bilinmir. Ölkədə rəsmi milyonerlər yoxdur, hansı ki qeyri-rəsmi milyarderlər var. Amma 3-5 belə məqamın olması bir xalqın ümumi zərurətinin qarşısını almamalıdır. Uşaqpulu tələbdir, sosial çağırışdır və həyata keçirilməlidir. Xüsusilə pandemiya göstərdi ki, insanların gəlirlərinin dayanıqlı hissəsini artırmaq lazımdır. Uşaqpulu, pensiyalar, sosial müavinətlər, təqaüdlər dayanıqlı gəlirlər hesab olunur. Digər gəlirlər hər hansı bir risk ortaya çıxdıqda, məsələn, iş yerinin bağlanması nəticəsində itə bilir. Bu isə sosial problemlərin artmasına gətirib çıxarır. Mən ötən gün “qanmırlar, bilmirlər” kimi çağırışlar gördüm. Bu yanaşma çox nöqsanlıdır”.

Həmsöhbətimiz uşaqpulunun verilməsinin bu gün üçün Azərbaycanda zəruri olduğunu vurğulayıb:

“Əhalinin həyat səviyyəsi çox aşağıdır. Pandemiya və müharibə dövründə sağ olsunlar ki, müəyyən xeyriyyəçilərimiz gəzib bir çox insana yardım əlini uzatdı. Onlara müraciətlər gəlirdi. Bu zaman biz nə gördük? Dünənədək görmədiklərimizi. İnsanların necə, hansı şəraitdə yaşadığını, bizim Qarabağda döyüşən qəhrəmanlarımızın hansı mühitdə, hansı formada yetişdiyini, ağır şərtlərlə üzləşdiyini öyrəndik. Bunlar müharibəyədək üzdə deyildi. Amma indi bilirik. İnsan necə yaşayırsa, düşünür ki, kənardakılar da eyni səviyyədə yaşayır. Amma elə deyil. Bütün baş verənlərdən biz də bir nəticə çıxarmalıyıq. Bu ölkədə heç də hamı rahat yaşamır. Əhalinin təxminən 70 faizinin sosial müdafiə mexanizmlərinin heç birinə çıxışı yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar