Xəbər lenti
Bakıda polis bu hərəkəti ilə hər kəsi təəccübləndirdi - FOTO
Manevr.az
Son zamanlar şəhərin küçələrində polisin piyadaları cərimələdiyi mənzərəyə tez-tez rastlamağa başladıq.
Lakin indi verəcəyimiz xəbər hansısa polis əməkdaşının piyadaları cərimələməsi xəbəriylə yox, əksinə, ibrətamiz addımıyla bağlıdır.
Elçibəy Məmmədov adlı şəxs Bakıda gördüyü bir hadisəni sosial şəbəkə hesabında bölüşüb:
"İşə gedərkən belə bir mənzərə ilə qarşılaşdım. Uzaqdan gördüm, yaşlı kişi polisin əlini tutub. Fikirləşdim, yəqin, bu ağsaqqal da nəsə edib, cərimə yazırlar. Gözlədim, gördüm, yox, polis maşınları saxladıb yolu keçə bilməyən bu dayını keçirirmiş. Yolu keçəndən sonra gördüm, kişi yükünün ağır olduğunu deyir, avtobus nömrəsi soruşur ki, onu istiqamətləndirsin. 20 Yanvar ərazisini yaxşı tanıyanlar bilirlər burada çoxlu taksilər olduğunu. Həqiqətən, inanmayacağım bir şey oldu. Polis kişini avtobusa yox, yükü ağır olduğuna və gözü yaxşı seçmədiyinə görə taksilərin birinə əyləşdirib pulunu da özü verib dayını istədiyi ünvana (Yasamala) yola saldı. Bəzən belə polislərimizi görəndə adam sadəcə fəxr edir. Pisi deyiriksə, yaxşıları da deməliyik". (milli.az)

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar