Xəbər lenti
Bu halda heç bir yeri bağlamağa ehtiyac qalmayacaq - Deputat
Bu gün artıq koronavirusla mübarizədə bilinənlər artdığı üçün, əlbəttə, hökumət və adiyyəti qurumlar qərarları əvvəlki illə müqayisədə daha sakit və uyğun şəkildə verir. Hamı fikirləşirdi ki, bayram ərəfəsində yollar bağlanacaq. Amma bu, belə olmadı. Bu, hədiyyə kimi görsənə bilər. Amma məqsəd hədiyyə vermək deyildi. Real vəziyyət dəyərləndirilərək hesablandı ki, yol bağlamaq artıq çox da fayda verməyəcək.
Manevr.az xəbər verir ki, bu sözləri musavat TV-yə deputat Rəşad Mahmudov bildirib.
O əlavə edib ki, burda əsas məqsəd yolu bağlamaq deyil, cəmiyyət getdiyi yerdə epidemioloji qaydalara riayət etmək mədəniyyəti göstərərsə, ölkədə heç bir yeri bağlamağa ehtiyac qalmayacaq:
"Ramazan ayında hamının özünə vəzifə borcu kimi qəbul etdiyi bir çox xüsusiyyətlər var. Bunalara bayramda birlikdə olmaq, ünsiyyətin daha çox olması da daxildir. Novruz bayramında biz 700-800 rəqəmlərini görürdüksə, bu gün 2-3 min rəqəmlərini görürük. Burda məqsəd kiminsə bayramını əlindən almaq və ya əngəl törətmək deyil. Hər bir dövlət məsuliyyət daşıyır ki, ola biləcək təhlükələrə qarşı cəmiyyətini qoruya bilsin.
Rəqəmlərin bu şəkildə artdığı müddətdə təhsildə atıldığı kimi, başqa preventiv tədbirlərinin atılması məcburiyyəti doğa bilər. Çünki istənilən kütləvi yer, istər restoran, istərsə də məscidlərdə yaxın təmas olduğu müddətdə təhlükə yarana bilir. Bunu nəzərə alan hökumətlər də ola biləcək təhlükələr qarşısında iqtisadi və digər zərərlərə rəğmən önləm almaq məcburiyyəti daşıyır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar