Xəbər lenti
“Facebook” Donald Trampın öz gəlininə verdiyi müsahibəni də bloklayıb
“Facebook” ABŞ-ın keçmiş prezidenti Donald Trampın öz gəlini Lara Trampa verdiyi müsahibəni bloklayıb.
Xarici agentliklər xəbər verir ki, şirkət “Donald Trampın səsi”nin eşidiləcəyi hər bir statusun silinəcəyini bəyan edib.
Xatırladaq ki, “Facebook” şirkəti bu lin yanvar ayında Donald Trampın akkauntlarını tamamilə bağlamışdı. Lara Tramp isə “İnstagram”da qaynatası ilə üz-üzə şəkildə çəkildiyi fotonu yayımlayaraq hər kəsi axşama müsahibəni dinləməyə dəvət etmişdi. (“İnstagram” da Facebook şirkətinə məxsusdur-red.)
Bundan sonra “Facebook” tərəfindən Tramplara bu müsahibənin yayımlanacağı təqdirdə onların daha böyük məhdudiyyətlərlə üzləşəcəyi barədə elektron xəbərdarlıq məktubu göndərilib.
Lakin bütün bunlara rəğmən Lara Tramp müsahibəni öz sosial şəbəkə səhifəsində yerləşdirib. Video dərhal sosial platformdan yığışdırılıb. Hətta Facebook əməkdaşı Lara Trampın səhifəsində “Salam uşaqlar. Biz prezident Trampın çıxışı barədə xanım Trampın səhifəsindən sildik ” deyə yazıb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar