Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərə dəstək verən güclər... – Tarixçi faktlar açıqladı

Tarix: 31-03-2021 11:10     Baxış: 2143 A- / A+
Ermənilərə dəstək verən güclər... – Tarixçi faktlar açıqladı


Bu qırğın dövrün böyük güclərinin sifarişi əsasında, Bakı neftini ələ keçirmək uğrunda gedən siyasətin bir hissəsi idi. Bu gün bu soyqırımı tam mənasında anlamaq üçün o dövrün siyasi proseslərinə baxmaq kifayətdir.

Bu sözləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov 31 Mart Azərbaycanlıların Soyqırımı günü haqda danışarkən deyib. O bildirib ki, 31 mart 1918-ci il dünya tarixinə bir millətin başqa bir millətə yönəlmiş soyqırım aktı olaraq düşüb:

“XX əsr dünya siyasətinə nəzər salsaq, böyük güclərin enerji resursları uğrunda mübarizə apardığını görə bilərik. Ermənilərin mart soyqırımını təşkil etməsi birbaşa dövrün hegemon güclərinin dəstəyi əsasında olub. XIX əsrin sonuna qədər regionda ermənilərin heç bir silahlı və ya başqa bir fəaliyyətini görmək mümkün deyil, çünki belə bir gücə və maliyyə imkanlarına sahib deyildilər. Lakin xarici qüvvələr üçün ermənilərin əhəmiyyətini artıran hadisə Bakı ərazisində neftin aşkarlanması oldu. XIX əsrin sonunda Bakı ərazisində neftin aşkar edilməsi qısa zamanda şəhərin böyüməsi, həmçinin sənayenin inkişafına gətirib çıxardı. XX əsrin əvvəlində Bakının “qara qızılı” Ümumrusiya neftinin 95 faizini, dünya neftinin isə 52 faizini təşkil edirdi. Bu isə dövrün hegemon ölkələri olan İngiltərə, Fransa, Almaniya, hətta ABŞ-ın regiona olan marağını artırırdı. Ermənilərin xislətini yaxşı bilən bu qüvvələr Azərbaycan ərazisində fəaliyyət göstərən Rotşild, Nobel, Rokfeller və s. şirkətlər vasitəsiylə onlara gizli dəstək verməyə başladılar. Bu tarixi bir faktdır və bu gün də bununla bağlı rəsmi sənədlər bizim arxivimizdə mövcuddur”.

C.Bəhramov vurğulayıb ki, I Dünya müharibəsinin getdiyi bir zamanda Bakı neftinin müsəlmanların əlində qalması ilə barışmaq mümkün deyildi:

“Görkəmli siyasi xadim Uiston Çörçillin belə bir ifdəsi var: “Neft bir kraliçadırsa, Bakı onun tacıdır”. Bu ifadə belə bəs edir ki, Bakının İngiltərə üçün nə dərəcədə əhəmiyyətli olduğunu görə bilək. Məhz bu səbəbdən regionun xalqları öyrənilirdi. İngilislərin marağına tam uyğun olan isə qəddar, amansız, mənfəətcil erməni xalqı oldu. Bundan əlavə, ermənilərin regionda Daşnaksütyun kimi terror təşkilatları mövcud idi. Elə bu terror təşkilatlarını da birbaşa ingilislər maliyyələşdirirdi. Bizim dövlət arxivlərimizdə ermənilərin ingilislərdən, xüsusilə ingilis maraqlarına xidmət edən şirkətlərdən silah alması və bu silahların 1918-ci ildə təşkil edilən soyqırımında istifadə edilməsi ilə bağlı faktlar var”.

Tarixçi qeyd edib ki, ermənilər Azərbaycan ərazisində yaşayan bir çox xalqları xüsusi amansızlıqla qətlə yetiriblər:

“Soyqırım zamanı talışlar, avarlar, ləzgilər, tatlar, yəhudilər, hətta malakanlar belə xüsusi amansızlıqla qətlə yetirilib. Onu da qeyd edim ki, ermənilər Quba ərazisində dağ yəhudilərini dəhşətli işgəncə verərək öldürüblər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar