Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Prezidentin iti yenə mühafizəçini dişlədi

Tarix: 31-03-2021 07:45     Baxış: 3154 A- / A+
Prezidentin iti yenə mühafizəçini dişlədi

ABŞ prezidenti Co Baydenin və onun xanımı Cill Baydenin Meycor adlı iti növbəti dəfə adam dişləyib.

Bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Ağ Evin cənub çəmənliyində baş verib və Milli Park Xidmətinin bir işçisi xəsarət alıb.

Hava XƏBƏRDARLIĞI: Qar yağacaq, güclü külək əsəcək
Koronavirusa qarşı “AstraZeneca” peyvəndinin adı dəyişdirildi
Türkiyəyə səyahət edəcək şəxslərə kod veriləcək - SƏBƏB
“Bəli, Meycor gəzinti zamanı bir nəfəri dişlədi. Ehtiyat tədbiri olaraq həmin adam Ağ Evin tibbi xidməti tərəfindən müayinə olunub. Xəsarəti ağır deyildi və öz işinə qayıdıb”, - deyə telekanal Cill Baydenin nümayəndəsi Maykl LaRosadan sitat gətirib. O bildirib ki, prezidentin iti “hələ də yeni mühitə alışmağa çalışır”.

Qeyd edək ki, ABŞ prezidentinin və xanımının çoban iti cinsinə aid iki itləri var – təxminən 13 yaşında olan Çemp və üç yaşlı Meycor. Hər iki it Co Baydenin andiçmə mərasimindən bir neçə gün sonra Ağ Evə gətiriliblər. Mart ayının əvvəllərində Meycor Ağ Evin mühafizəçilərindən birinə hücum etdikdən sonra itlər Delaver ştatında prezident cütlüyünün ailə evinə göndərilib və yalnız ayın sonlarına yaxın geri qaytarılıblar. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar