Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Həkim: “Ölkəmizdə pandemiya daha dörd il davam edə bilər” - VİDEO

Tarix: 30-03-2021 23:36     Baxış: 4170 A- / A+
Həkim: “Ölkəmizdə pandemiya daha dörd il davam edə bilər” - VİDEO

“Çox güman ki, kollektiv immunitet yaranandan sonra pandemiyanın bitdiyini deyə biləcəyik. Bu isə əhalinin minimum 50 faizi koronaya yoluxduqdan və ya peyvənd olunduqdan sonra baş verə bilər. Lakin nəzərə alsaq ki, Azərbaycanda bir il ərzində orta hesabla təxminən 1 milyon insan virusa yoluxub və ya peyvənd olunub, deməli kollektiv immunitetin yaranması üçün bizə 5 il vaxt lazımdır”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, bundan sonra dörd milyon vətəndaşımız yoluxsa və ya peyvənd olunsa, karantin tədbirləri aradan qaldırıla bilər:

“Ötən ildən bəri ölkədə 256 min insan koronaya yoluxub. Xəstəliyi asimptomatik və test vermədən keçirən şəxsləri də nəzərə alsaq, bu rəqəmlər ümumilikdə təxminən 500 minə yaxın insan deməkdir. İki ay ərzində peyvənd vurulanların sayı da 500 minə yaxındır. Yoluxanlarla peyvənd vurulanları nəzərə alsaq, bu, bir milyon insan deməkdir. İndi isə dörd milyon insanın ya xəstələnməsi, ya da peyvənd olunması lazımdır. Əhalinin yarısı yoluxsa və ya peyvənd olunsa, o zaman toylar, mərasimlər və s. məsələlərlə bağlı qadağalar aradan qaldırıla bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar